Icma.az
close
up
RU
Rusiyanın hücrə şəbəkəsi və Mehdiyevin izləri” KONKRET

Rusiyanın hücrə şəbəkəsi və Mehdiyevin izləri” KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd edən bir qrup şəxsin – Abdulla İbrahimli, İbrahim Əsədli və digərlərinin saxlanılmasından sonra aparılan ilkin istintaqın nəticəsi diqqət çəkdi: bu şəxslər başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərib və vaxtaşırı toplantılar həyata keçiriblər;

Burada əsas məqam bu cür fəaliyyətlərin “başqa bir dövlətin dəstəyi” ilə həyata keçirilməsidir və bu detal bütün yolları Moskvaya çıxarır. Azərbaycan da daxil olmaqla postsovet məkanında SSRİ təbliğatının aparılmasında maraqlı olan və bunu birbaşa dəstəkləyən ölkənin Rusiya olduğu sirr deyil. SSRİ-nin dağılması “əsrin qəzası” hesab edilən Rusiyada hələ də MDB məkanında keçmiş imperiyanı iki ssenari üzrə yenidən bərpa etmək xəyalları qururlar.

Birincisi, coğrafi ərazi baxımından SSRİ-nin bərpasıdır: mövcud geosiyasi şərtlər və postsovet məkanında bərpa olunan, yaxud yeni yaranan milli dövlətlərin müqaviməti bu ssenarinin reallaşma ehtimalını zəiflədir;

İkincisi, ideoloji baxımdan SSRİ-nin mövcudluğunu saxlamaqdır: ərazi baxımdan SSRİ-ni bərpa etməyin çətin olduğunu anlayan Moskva ideoloji dayaqları saxlamağa çalışır, bu istiqamətdə maliyyə və digər dəstəyin verilməsi addımlarını atır;

SSRİ dağıldıqdan sonra postsovet məkanında Rusiyanın marağında olan ideoloji fəaliyyəti kommunist partiyaları icra edirdi, lakin keçmiş imperiyanın uzantısı olan bu ad altındakı siyasi quruluşlar ictimai dəstək qazanmadı. Bunun fonunda Rusiyanın taktikanı dəyişdiyi və daha kiçik qruplar şəkilində ideoloji fəaliyyət həyata keçirdiyi müşahidə edilir. Hücrə xarakterli bu qruplar həm diqqət mərkəzindən kənarda olur, həm də lazım olduğu anlarda meydana çıxmaları daha asan olur. Azərbaycanda SSRİ bayraqları ilə keçirilən aksiya bunun real nümunəsidir.

Burada əsas məqamlardan biri də Rusiyaya bağlı ideoloji hücrələrin kimlər tərəfindən kurasiya edildiyi və maliyyələşdirildiyidir. Moskva kiçik qrup halında fəaliyyət göstərən ideoloji hücrələrlə birbaşa təmas qurmur, bu həm də həmin qrupların Rusiyaya bağlılığının ifşa edilməməsinə hesablanıb. Hərçənd, bu qrupları Rusiyanın təlimatı ilə koordinasiya edən və maliyyələşdirən şəxslərin olduğu sirr deyil.

Azərbaycanda Rusiyanın keçmiş SSRİ-ni təbliğ edən ideoloji hücrələrinin Ramiz Mehdiyev tərəfindən koordiasiya edildiyi və maliyyələşdirdiyi versiyası real görünür. Dövlətə xəyanət ittihamı ilə həbs edilən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev SSRİ dağılandan sonra müstəqilliyini bərpa edən Azərbaycanda Rusiyaya işləyən “beşinci kalonu” formalaşdıran şəxsdir. Vəzifədə olduğu dövrdə həm dövlət strukturlarında, həm media və ictimai təşkilatlarda, həm də siyasi müxalifətdə “beşinci kalon” yaradan Mehdiyev vəzifədən getdikdən sonra da analoji fəaliyyətini davam etdirib. Onun Rusiyaya göndərdiyi dövlət çevrilişi planı ilə bağlı məktubu bunu tamamilə isbat etdi. Mehdiyev məktubunda Azərbaycanda dövlət çevrilişinin həyata keçirilməsinin zəruriliyindən bəhs edir və çevrilişdən sonra ölkəni idarə edəcək “Dövlət şurası”nın yaradılmasını təklif edir. Yaradılacaq “Dövlət şurası” 50 nəfərdən ibarət olacaqdı və o, siyahıda kimlərin yer aldığı haqda da Rusiyada bağlı olduğu dairələri məlumatlandırıb. Mediada yayılan məlumatlara görə, Mehdiyevin 50 nəfərlik siyahısında AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də yer alır.

Mehdiyevin məktubu haqqında Azərbaycan dövlətini Rusiyanın özü məlumatlandırdı, ardınca keçmiş PA rəhbəri həbs olundu. Lakin baş verənlər bir neçə amili ön plana çıxardı:

– Mehdiyev PA rəhbəri vəzifəsindən getdikdən sonra da “beşinci kalon”un koordinasiya və maliyyələşməsinə nəzarət edib;
– Onun qondarma “Dövlət şurası”nda yer alan müxalifət nümayəndələri, eləcə də ölkənin müxtəlif seqmentlərində təmsil olunan “beşinci kalon”un üzvləri ilə təmasları davam etdirib;
– Koordinasiya etdiyi və maliyyələşdirdiyi keçmiş SSRİ-ni təbliğ edən ideoloji hücrələri də atacaqları addımlarla bağlı təlimatlandırıb.

Mehdiyevin həbsi fonunda baş verənlər SSRİ bayraqları ilə aksiya cəhdinin onun təlimatına əsasən edildiyini deməyə əsas verir. Həmçinin Ramiz Mehdiyevin ideoloji hücrələri hərəkətə keçirməsinin iki konkret hədəfi görünür.

a) Azərbaycan dövlətinə qarşı “güc nümayişi” etməkdir: ona qarşı irəli sürülən ittihamlardan xilas olmağa ümid edən keçmiş “boz kardinal” “ölkəni qarışdıra bilərəm” mesajı ilə dövləti şantaj edir;
b) Bu cür cəhdlərlə onu rəsmi Bakıya “təhvil verən” Moskvaya hələ də “ölkədə təsir imkanlarına” malik olduğunu, lazım olduğu anda “hərəkətə keçə biləcəyinin” mesajını verir və bununla “dəstək əldə edə biləcəyini” düşünür.

Asif Nərimanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Noyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri