Icma.az
close
up
RU
Mehdiyevin kürəkəninin 200 ton zəhərli “bombası” Azərbaycan bazarına çıxarıla bilər ŞOK TƏFƏRRÜAT

Mehdiyevin kürəkəninin 200 ton zəhərli “bombası” Azərbaycan bazarına çıxarıla bilər ŞOK TƏFƏRRÜAT

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Xudat rayonunda yerləşən və Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin şəriklərindən olduğu “Food City Agrocomplex”də 8 TIR dolu zəhərli alma saxlanılır.

Musavat.com-a daxil olan məlumatda bildirilir ki, almalar İlkin Cahan oğlu Həsənov tərəfindən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevdən alınıb.

Sahibkar 200 tona yaxın almanı Türkiyəyə göndərmək üçün pulunu ödəyərək satın alsa da, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsi “Qida və yem məhsullarına ixrac sağlamlıq sertifikatının verilməsindən imtina olunması” barədə qərar verib. 17 oktyabr 2025-ci il tarixli qərarda göstərilir ki, almalarda aşkar edilən pestisid qalığı miqdarı Azərbaycan Respublikasının 2011-ci ildə qoşulduğu “Codex Alimentarius” standartlarında müəyyən edilmiş maksimal qalıq səviyyəsini aşır. Məhsulun qida dövriyyəsinə buraxılması və satışına yol verilmədiyi xüsusi vurğulanıb, almaların məhv və ya utilizasiya olunması göstərişi verilib. Almaların Türkiyəyə göndərilməsinin qarşısı alınsa da, onların bu günə qədər məhv edilmədiyi barədə məlumat var. Halbuki, AQTA qərarına görə, zəhərli almalar 1 ay ərzində məhv edilməlidir.

Qərarın verilməsindən 1 ay 2 gün ötür və zəhərli almalar hələ də məhv edilməyib!

Bildirilir ki, almaların daxili bazarda satılması üçün “Food City Agrocomplex”dən çıxarılması məqsədilə müxtəlif vasitələrə əl atılır. Hər bir TIR-da 20 tondan artıq məhsul mövcuddur və ümumilikdə 200 tona yaxın zəhərli almanın daxili bazara çıxarılması üçün cəhdlər edilir.

Almalar daxili bazara çıxarılsa, nə baş verər?

Zəhərli almalar məhv edilməsə və daxili bazara çıxarılmasının qarşısı alınmasa, ölkədə kütləvi zəhərlənmələr baş verə bilər. Pestisid qalıqlarının insan orqanizminə təsiri ilə bağlı tibbi araşdırmalar çox təhlükəli xəstəliklərin yarana biləcəyini göstərir. Pestisidlər kənd təsərrüfatında ziyanvericilərə qarşı istifadə olunan kimyəvi maddələrdir. Bu maddələrin qida məhsullarında normadan artıq olması insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Pestisidlərin bir çoxu bədəndə parçalanmadan uzun müddət qala bilir və xroniki toksiki təsir göstərir. Pestisidlərlə çirklənmiş alma qəbul edildikdə ürəkbulanma, qusma, qarın ağrısı, ishal, başgicəllənmə, zəiflik, allergik reaksiyalar, titrəmə, baş ağrısı kimi hallar baş verir. Bu simptomlar adətən 1–48 saat ərzində ortaya çıxır.

Bundan əlavə, pestisidlərin bədəndə yığılması qaraciyər və böyrək zədələnməsi, sonsuzluq, menstruasiya pozuntuları, testosteron azalması, yaddaş zəifləməsi, parkinsonizm riskinin artması və onkoloji xəstəliklərə səbəb ola bilər. Xüsusilə qaraciyər və hematoloji şişlər müşahidə edilir. Uşaqların pestisidlərin toksiki təsirinə qarşı həssaslığı daha yüksəkdir.

Hazırkı vəziyyətdə məhsulun daxili bazara çıxarılıb satılması təhlükəsini nəzərə alaraq, zəhərli almaların ictimaiyyətin iştirakı ilə məhv edilməsi zəruridir. Dövlət qurumları bu məsələni gözardı etmədən təcili müdaxilə etməlidirlər.

Mehdiyevin kürəkəni sahibkarın yarım milyon manatını qaytarmaq istəmir!

Hazırda almaları satın almış sahibkar İlkin Həsənovla Mehdiyevin kürəkəni İlham Əliyev arasında ciddi qarşıdurmanın yarandığı bildirilir. İlkin Həsənov ödədiyi yarım milyon manata yaxın vəsaiti geri tələb edir. İlham Əliyev isə zəhərli almalara görə aldığı pulu qaytarmaqdan imtina edir.

AQTA-nın saytında yerləşdirilən məlumata görə, “Fueqo” MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus, Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton olan alma partiyalarından nümunələr götürülərək müayinə edilib. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkar edilib. Məhsul partiyaları Türkiyənin idxal tələblərinə və ölkəmizdə qüvvədə olan normalara cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv olunması barədə qərar qəbul edilib.

Hazırda yüklərin Mehdiyevin kürəkəninin şəriki olduğu iddia edilən “Food City Agrocomplex”də saxlanıldığı bildirilir. Yükün dəyəri yarım milyon manatdır.

Zəbt olunmuş bağlardan yığılan, zəhərə dönən almalar!

Amma məsələ təkcə zəhərli maddələrlə bağlı deyil. Bu almaların arxasında illərlə uzadılan məhkəmə oyunları, dövlətə qaytarılmayan milyonlar və Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin adı dayanır. Bu almalar şabranlı sahibkar Mansur İbrahimovun illər əvvəl əkib-becərdiyi bağlardan yığılıb. Həmin bağlar bir vaxtlar ona məxsus “TurAz” MMC-nin balansında olub. Ramiz Mehdiyevin kürəkəni, deputat olduğu dövrdə inzibati təsir və təzyiq yolu ilə bu şirkəti zəbt edib və məhkəmələri uzatmaqla qanuni sahibinə qaytarmaqdan illərdir yayınır.

Yada salaq ki, “TurAz” MMC şabranlı sahibkar Mansur İbrahimov tərəfindən təsis olunub və ona məxsus bağlarda fəaliyyət göstərib. Mehdiyevin kürəkəni, Xaçmazın deputatı olduğu dövrdə “TurAz” MMC-ni qəsb edib ələ keçirib. Mansur İbrahimov məhkəməyə müraciət edərək şirkətin ona məxsusluğunu təsdiqlədən qərar alıb, lakin həmin qərarın icrası bu günə qədər mümkün olmayıb.

Mansur İbrahimov Musavat.com-a açıqlamasında bildirib ki, xaricə daşınan meyvələrin satışından əldə edilən vəsait ölkəyə qaytarılmır:

“Şirkətdə bu işlərə Zahir Ələsgərov baxır. İlham onu “TurAz” MMC-nin direktoru təyin edib. Hər il yazırlar ki, guya xaricə apardıqları meyvələr orada zay olub, çürüyüb. Amma hər il zəbt olunan bağlarımda 400–500 nəfəri işlədir, əməkhaqqı ödəyirlər. Əgər hər il ziyan çəkirlərsə və meyvə zay olursa, niyə bağlara bu qədər vəsait xərclənir?”

Mansur İbrahimovun sözlərinə görə, zəbt olunmuş meyvə bağlarından 10 milyonlarla manat gəlir əldə edilir, lakin həmin vəsait ölkəyə qaytarılmır. O bildirib ki, keçmiş deputat İlham Əliyev müxtəlif hakimlərin əli ilə illərdir bağlarını zəbt altında saxlayır:

“Bu sürtülmüş iddiaları var. Hər dəfə bir yamaq vurub məhkəməyə verirlər. Özləri də yaxşı bilirlər ki, iddiaları təmin olunmayacaq. Amma iddiaların baxılması bir il çəkdiyi üçün 5 ildən çoxdur ki, bağlarımın qaytarılmasını əngəlləyirlər. Məhkəməyə müraciət hüququndan sui-istifadə edirlər”.

M.İbrahimov xatırladıb ki, 6 ildir məhkəmə oyunları vasitəsilə bağlarının qaytarılması gecikdirilir:

“İlham Əliyev qayınatası vəzifədə olanda mənə təsir edirdi. İndi isə müxtəlif vəsatətlərlə, şikayətlərlə vaxtı uzadır. Məhkəmə davalarını sonsuz bir şouya çevirib”. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see285

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see282

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see254

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see204

”, ”, topaz ın sahibi ən varlı adam oldu

01 Yanvar 2026 23:37see197

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see178

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see163

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see155

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see144

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see143

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see143

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see142

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see142

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see138

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see137

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see134

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see134

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see134

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see133

Təhsil işçilərinin rifahı fəaliyyətimizin mərkəzindədir Araz Paşayev

01 Yanvar 2026 23:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri