Icma.az
close
up
RU
Ramiz Mehdiyevin kürəkəninin iddiası rədd olundu

Ramiz Mehdiyevin kürəkəninin iddiası rədd olundu

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlu Əliyevin verdiyi iddia bu dəfə Sumqayıt Kommersiya Məhkəməsində qəbuledilməz hesab olunub.

"Unikal" Musavat.com-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hazırda sabiq deputata qarşı şabranlı sahibkar Mansur İbrahimovun iddiasına baxılır.

Mansur İbrahimov “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılmasını” tələb edir. O, bu iddia ilə 6 il əvvəl Şabran Məhkəməsinə müraciət edib. Məhkəmə sahibkarın iddiasını təmin edib. Lakin illərdir ki, qarşı tərəf olan sabiq deputat ən müxtəlif iddia, vəsatət və şikayətlərlə Mansur İbrahimova məxsus bağların ona qaytarılmasını əngəlləyir.

Mansur İbrahimov deyib ki, sabiq deputat məhkəməyə müraciət etmək hüququndan sui-istifadə edir:

“Əgər Ramiz Mehdiyevin kürəkəni İlhamın verdiyi vəsatətlər, iddilar parçadan olsaydı, çoxdan sürtülüb əldən çıxardı. Sumqayıt Kommersiya Məhkəməsinə təqdim etdikləri iddia da bu qəbildən idi. Artıq 3-cü dəfə idi ki, bu iddia ilə çıxış edirdilər. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən sırf vaxt uzatmaq üçün yenidən bu iddianı ortaya atmışdılar. Ona görə də bunların verdikləri sürtülmüş, məhkəmələrdə dəfələrlə baxılmış iddiaya yenidən baxılana kimi proses dayandırılmışdı. Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidli dəfələrlə baxılıb rədd edilmiş, sırf vaxt uzatmağa hesablanan iddianı baxılmamış saxladı”.

Mansur İbrahimovun sözlərinə görə, uzun illərdir ki, Şabran rayonu ərazisində bağ torpaq sahələri PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev tərəfindən zəbt olunub:

“6 il əvvəl zəbt olunmuş bağlarımın, “Turaz” və “Dostluq” adlı şirkətlərimin zəbtdən azad edilməsi üçün Şabran Rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə xeyrimə qərar versə də, qarşı tərəf olan İlham Əliyevin şikayət vermə hüququndan sui-istifadəsi nəticəsində bu günə qədər bağlarım zəbtdədir. Məhkəmələrin isə sonu görünmür. İlham Əliyev qayınatası vəzifədə olarkən mənə onun əlaqələrindən istifadə etməklə təzyiqlər göstərib bağlarımı zəbtdə saxlayırdı. Bu gün isə eyni mahiyyətli, əsassızlığı, qanunsuzluğu məhkəmə qərarları ilə təsdiq olunan iddialarla, vəsatətlərlə, şikayətlərlə vaxtı uzatmaqla bağlarımı zəbt altında saxlayır. İlham Əliyev 6 ildir ki, məhkəməyə şikayət vermə hüququndan sui-istifadə etməklə məhkəmə davalarını sonu görünməyən bir şouya çevirib. Ən son belə şou-iddia ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib.

2024-cü il mayında Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə onun İlham Əliyevə qarşı iddiasına baxılarkən qarşı tərəf prosesin uzadılmasına xidmət edən növbəti vəsatətlə çıxış etdi. İlham Əliyev mənə, Şabran Notariat Kontoruna və digərlərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvinə dair vəsatətlə çıxış etdi. Hakim Fərman Həmidli vəsatətin əsassız və qanunsuz olduğunu əsas gətirib rədd etdi. Bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etdilər. Hakim Almaz Süleymanova İlham Əliyevin şikayətini qanunsuz və əsassız hesab etdi. İş materialları yenidən baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidlinin icraatına qaytarıldı. Əvvəldən də bəlli idi ki, bu şikayətləri də qanunsuz və əsassızdır, sadəcə vaxt uzatmağa xidmət edir. Belə də oldu, 1 aydan artıq müddət sərf olundu, İlham Əliyevin şikayəti təmin edilmədi.

Bundan sonra da gah vəkili qəfil xəstələndi, gah guya barışıq üçün vaxt istədilər. Sonra da vəkilin atası, ardından da qardaşı rəhmətə getdi. Artıq 2024-cü ilin noyabr ayıdır, iddiam üzrə məhkəmə baxışı isə yekunlaşmayıb. Halbuki mən iddianı 2020-ci ilin sentyabrında qaldırmışam. 4 il 2 aydır ki, Azərbaycan məhkəməsinə iddiam üzrə qərar verilməsinə imkan vermirlər. Azərbaycan məhkəməsini heç bir əsası olmayan, sırf vaxt uzanmasına xidmət edən vəsatətlərlə, iddialarla məşğul edirlər. Bu qəbildən olan daha bir iddianı Sumqayıt Kommersiya Məhkəməsinə verdilər. Hansına ki, Sumqayıt Kommersiya Məhkəməsində baxılmışdı! İlham Əliyev Sumqayıt Kommersiya Məhkəməsində bu ilin mayında mənə, Şabran Notariat Kontoruna və digərlərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvinə dair vəsatətlə çıxış edib və qeyd etdiyim kimi, hakim Fərman Həmidli vəsatətin əsassız və qanunsuz olduğunu əsas gətirib rədd etmişdi. Sumqayıt Apellyasiya Məhkəməsinə şikayətlərini də hakim Almaz Süleymanova təmin etməyib. Bununla belə, eyni vəsatəti 6 ay sonra iddia şəklində Sumqayıt Kommersiya Məhkəməsinə təqdim etdilər”.

Mansur İbrahimov deyib ki, qarşı tərəf sırf hüquqdan, məhkəməyə müraciət hüququndan sui-istifadə edib vaxt uzadır:

“Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət etməklə məhkəmələrdən bunca sui-istifadənin qarşısının alınmasını xahiş etmişəm. Bu adamlar məhkəməyə müraciət hüququndan bağlarımı mümkün qədər uzun müddət zəbt altında saxlamaq üçün istifadə edirlər”.

M. İbrahimov bildirib ki, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova da müraciət edərək qarşı tərəfin məhkəməyə əsassız, hüquqdan sui-istifadə etməklə müraciətlərinin qarşısının alınması üçün müvafiq göstərişlər verilməsini, işin şəxsi nəzarətinizə götürülməsini də xahiş edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see382

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see367

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see343

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see337

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see334

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see333

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see329

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see326

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see324

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see316

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see296

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see275

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see274

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see269

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see269

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see261

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see254

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see241

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see237

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri