Icma.az
close
up
RU
Mehdiyevin kürəkəninin Gəncədəki özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın şikayətçidir

Mehdiyevin kürəkəninin Gəncədəki özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın şikayətçidir

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onunla əlaqəli şəxslərlə bağlı daha bir məsələ məhkəmə müstəvisinə keçib.

"AzPolitika" xəbər verir ki, Gəncədə fəaliyyət göstərən Yeni Gəncə Tibb Mərkəzinin aid olduğu "İntermedservis" MMC-nin təsisçisi və direktoru Nərminə Səfərova "Qafqazinfo"ya müraciət edərək sahibi olduğu mülkiyyətin zorla əlindən alındığını bildirib.

Sahibkar iddia edib ki, 9 il əvvəl ailəsinin yaratdığı klinika faktiki olaraq zorla onların nəzarətindən çıxarılıb, müəssisənin əsas yaradıcısı olan həyat yoldaşı S.Allahverdiyev idarəetmədən uzaqlaşdırılıb, özü isə payçı kimi şirkətin fəaliyyəti və maliyyə vəziyyəti barədə məlumat almaq imkanından məhrum edilib:

"2017-ci ilin aprelində İlham Əliyev "qoçuları" ilə klinikaya gəlib, direktor otağının qıfılını qırıb, S.Allahverdiyevi müəssisədən uzaqlaşdırıb. Bundan sonra biz 2025-ci ilin noyabrınadək klinikanın real idarəçiliyindən kənarda saxlanıldıq, uzun illər öz hüquqlarımızı bərpa edə bilmədik. Əlbəttə, bu, İlham Əliyevin qayınatası Ramiz Mehdiyevin malik olduğu siyasi və inzibati nüfuzun mümkün təsiri ilə olub".

Nərminə Səfərovanın bildirdiyinə görə, vəziyyət 2025-ci ilin noyabrında dəyişib:

"Təxminən səkkiz ildən sonra mən yenidən klinikaya dəvət olundum və müəssisənin idarəçiliyi faktiki olaraq bizə geri qaytarıldı. Lakin bu zaman biz ağır vəziyyətə düşmüş müəssisə ilə qarşılaşdıq. Belə ki, əvvəlki idarəçilik dövründən klinikaya 600 min manatdan artıq borc, 100 minlərlə həcmdə vergi öhdəlikləri və ciddi maddi-texniki problemlər qalıb.

Bununla belə klinikanı yenidən ayağa qaldırmağa, tibbi xidmətin keyfiyyətini yüksəltməyə, əmək münasibətlərini tam rəsmiləşdirməyə və normal sahibkarlıq fəaliyyəti göstərərək dövlət qarşısında vergi öhdəliklərini yerinə yetirməyə çalışırıq. Buna baxmayaraq, əvvəlki illərdə yaranmış borc və öhdəliklər müəssisənin normal fəaliyyətinə ciddi maneə yaratmaqdadır".

Şikayətçi bildirib ki, onlara milyonlarla manat dəyərində maddi-mənəvi ziyan vurulub. Klinikanı geri aldıqdan sonra orada lisenziyalı audit şirkəti tərəfindən yoxlama aparılıb.

"Bizə bu müddətdə 3.8 milyon manatdan artıq dividend ödənilməyib. Həmçinin işçilər və digər tərəfdaşların adına 600 min manata yaxın borc yığılıb.

Klinikanın avadanlıqlarına baxım olmadığı üçün bir çox əhəmiyyətli cihazlar yararsız hala düşüb və ya oğurlanıb. Yığılmış vergi borcu isə yarım milyon manat həddindədir. Bina da bu müddətdə baxımsız qalıb, tamamilə amortizasiya olub, nəqliyyat vasitələri sıradan çıxıb. Maddi-texniki bazaya da təxminən 1.5 milyon manatlıq zərər vurulub.

Audit zamanı 2023-2025-ci illərlə bağlı 100 minlərlə manatlıq şübhəli elektron qaimələr, nağdlaşdırma əməliyyatları və böyük həcmdə silinmiş xidmətlərə dair faktlar müəyyən edilib. Biz auditin nəticələrini və digər sənədləri aidiyyəti dövlət və hüquq-mühafizə orqanlarına təqdim etməyi düşünürük. Bütün bu hallara hüquqi qiymət verilməlidir.

Eyni zamanda artıq başlamaqda olan məhkəmə proseslərində məni faktiki olaraq payımdan məhrum edən digər 3 payçı - İlham Əlisəftər oğlu Əliyev, Fərid Akif oğlu Sadıqov və Səftər Fikrət oğlu Əliyev də cavab verməli olacaq. Onlar tərəfindən müəssisədəki payımdan necə məhrum edildiyimi, müəssisənin həmin illərdə necə idarə olunması və 100 minlərlə manatlıq borcların hansı şəraitdə yaranması məsələləri bir-bir qaldırılacaq. Məhkəmə və digər hüquqi proseslər irəlilədikcə, indiyədək ictimaiyyətə məlum olmayan sənədlər və faktları da mərhələli şəkildə açıqlayacağıq", - əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Sentyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri