Icma.az
close
up
RU
Mehdiyevin "hakimiyyəti ələ keçirmə cəhdi"nin arxasında nələr dayanır? AÇIQLAMA

Mehdiyevin "hakimiyyəti ələ keçirmə cəhdi"nin arxasında nələr dayanır? AÇIQLAMA

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Ramiz Mehdiyevin həbsi Azərbaycanın siyasi seqmentində “tektonik zonalar”ın yerindən oynayacağının xəbərçisidir: 1994-cü ildən 2019-cu ilə qədər – əsrin dördə biri olan 25 il ərzində daxili siyasətin və idarəetmənin əsas fiquru rolunda çıxış edən və kifayət qədər güclü təsir mexanizmlərinə malik olan Mehdiyevi təsadüfən “boz kardinal” adlandırmırdılar”.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, belə bir fiqurun həbs edilməsi – dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərə görə ittiham olunmasının dəqiq detalları istintaqın yekununda aydınlaşacaq, lakin ictimai maraq açıq qalan sualların cavab axtarışını zəruri edir:

“ Mehdiyev niyə indi həbs olundu? Bu həbs nədən xəbər verir?

Daha kimlər həbs oluna bilər?

Bu həbs ilk baxışda Mehdiyevin “neytrallaşdırılması” kimi görünür, hərçənd, “boz kardinal” 6 il öncə siyasi hakimiyyətə vida edib, məsələ onun hələ də qalan təsir mexanizmlərinin sıradan çıxarılması olsaydı, daha öncə baş verə bilərdi. Bu halda bir versiya önə çıxır: Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin ələ keçirilməsi istiqamətində fəaliyyəti aşkarlanıb.

Onun dövlət hakimiyyətinə təhdid yaratmaq imkanları mövcud idi. Siyasi hakimiyyətdə təmsil olunduğu dövrdə geniş şəbəkə formalaşdırmışdı, hətta dövlətin mühüm strukturlarında təsir imkanlarının olduğu haqda məlumatlar vardı. Açıq mənbələrdə yayılan digər məlumatlara görə, AMEA-nın prezidenti olduğu dövrdə elm ocağını “komandası”nın koordinasiya mərkəzinə çeviribmiş. Və onun postundan getdikdən sonra hakimiyyəti ələ keçirmək cəhdlərinin olacağına dair gözlənti həmişə mövcud olub”.

A.Nərimanlının fikrincə, Mehdiyevin dövlətə qarşı “ələ keçirmə” əməlinə indi cəhd etməsinin arxasında iki mümkün versiya var:

“Birincisi, “köhnə qvardiya”nın mövqelərinə ciddi təhdidin yaranması ola bilər.

Mehdiyev postundan getsə də, onun və rəhbərlik etdiyi şəbəkənin həm hakimiyyətdə, həm də biznes sektorunda mövqeləri hələ də qalmışdı. İstisna deyil ki, mövqelərinin tamamilə sıradan çıxması risklərinə qarşı hərəkətə keçiblər.

İkincisi, geosiyasi mübarizənin regiona təsiri, dəyişən şərtlər və bunun Azərbaycan daxilinə sirayəti ola bilər”.

Lalə, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Oktyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri