Icma.az
close
up
RU
Mehdiyevlə bağlı YENİ FAKTLAR KONKRET

Mehdiyevlə bağlı YENİ FAKTLAR KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ramiz Mehdiyevin təyin olunan vəkildən imtina etməsi məsələsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Maraqlıdır, Ramiz Mehdiyevin təyin olunan vəkildən imtina etməsi siyasi sistem daxilində hansı mesajları ehtiva edir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, belə addımlar əvvəllər də müşahidə olunub və adətən müəyyən siyasi-ictimai mesajlar ehtiva edir.

Tural Abbaslının sözlərinə görə, ittiham olunan şəxslərin vəkildən imtina etməsi çox zaman istintaq orqanları ilə əməkdaşlıq razılığı kimi qiymətləndirilir:

“Bu praktika əvvəllərdə də olub. Belə hallarda müttəhim adətən göstərir ki, istintaq orqanları ilə əməkdaşlığa razıdır. Məlumatların kənara sızmaması, prosesə əlavə müdaxilə olunmaması üçün vəkildən imtina edilir”.

Ağ Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyev məsələsində bu addımın səbəbi hələlik tam aydın deyil:

“Hazırda cəmiyyətə dəqiq informasiya verilmir. Rəsmi məlumat yoxdur, sadəcə mediada yayılan iddialar mövcuddur. Barəsində həbs qətimkan tədbirinin seçilməsi, müxtəlif siyahıların və məktubların ortaya çıxması dövlət qurumları tərəfindən nə təsdiq, nə də təkzib edilib. Bu səbəbdən dəqiq rəy bildirmək çətindir”.

Tural Abbaslı əlavə edib ki, istintaq materialları dəqiqləşdikdən sonra bu qərarın motivlərini demək mümkün olacaq. Onun sözlərinə görə, ikinci və daha az ehtimal edilən variant odur ki, ittiham olunan şəxs özünü tam günahsız saydığı və prosesə inandığı üçün vəkil istəmir:

“Bəzən müttəhim deyir ki, heç bir cinayət törətməmişəm, qanun pozuntum yoxdur, ona görə də vəkildən imtina edir. Amma Ramiz Mehdiyevin məsələsində bunun real olacağına inanmıram”.

Ağ Partiya sədrinin fikrincə, mövzu ilə bağlı rəsmi məlumat açıqlanmadığı üçün proses hələlik suallar doğurur və vəziyyət tam aydın deyil.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri