Icma.az
close
up
RU
Ramiz Mehdiyevlə bağlı SENSASİYA KONKRET

Ramiz Mehdiyevlə bağlı SENSASİYA KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın keçmiş təhsil naziri, Milli Məclisin sabiq deputatı Firudin Cəlilov Prezident Administrasiyasının eks-rəhbəri, akademik Ramiz Mehdiyevin ermənilərlə əlaqələri və onun fəaliyyəti barədə sərt açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, o, bu barədə OTV Azerbaijan youtube kanalına müsahibəsində danışıb.

F.Cəlilov PA-nın keçmiş rəhbərinin təkcə Rusiyanın adamı və Moskvaya işləyən biri kimi təqdim edilməsinin doğru olmadığını bildirib.

O qeyd edib ki, R.Mehdiyevin Sovet İttifaqı dövründən Ermənistanla və ermənilərlə əlaqələri yüksək olub: “Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir və bu, onun ermənilərlə əlaqələrinin mənbəyi idi. Müstəqillik dövründə isə Mehdiyevin ermənilərlə əlaqələri əsasən Rusiya üzərindən qurulurdu.”

Sabiq nazir, həmçinin, Ramiz Mehdiyevin Azərbaycan xalqına və dövlətinə qarşı etdiyi xəyanətləri vurğulayaraq, bu məsələnin hərtərəfli araşdırılmasının vacib olduğunu bildirib:

“Ramiz Mehdiyevin əmlakı əlindən alınmalı, o, həbs olunmalıdır. Onun Azərbaycan  elminə, mədəniyyətinə və dövlətçiliyinə vurduğu ağır zərbələr gün üzünə çıxarılmalıdır. Mehdiyev heç vaxt xalqımıza və dövlətimizə olan nifrətini gizlətməyib.”

Firudin Cəlilov əlavə edib ki, Ramiz Mehdiyevin birbaşa göstərişi ilə müstəqillik aktına imza atan millət vəkillərinə qarşı divan tutulub:

“Ramiz Mehdiyev, öz fəaliyyəti ilə ölkə üçün fəlakət ocağına çevrilib. Onun nəzarətində olan  bütün işlərin icrasında  inkişaf olmayıb. Çünki o, Ermənistanın göstərişlərini icra edirdi. İstintaq, onun Ermənistanla əlaqələrini də diqqətlə araşdırmalıdır”.

Qeyd edək ki, F.Cəlilov 1992-1993-cü illərdə təhsil naziri vəzifəsində çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Noyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri