Məhəllə məhəllə təmizlik : Suriya yeni mərhələyə qədəm qoyur
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Suriya ordusu YPG və SDQ (Suriya Demokratik Qüvvələri) terror qruplaşmaları ilə münaqişənin kəskinləşməsi fonunda ölkənin şimalındakı Hələb şəhərinin Şeyx Maqsud məhəlləsində təhlükəsizliyin təmin edilməsi üzrə tammiqyaslı əməliyyatın başa çatdığını elan edib. Suriya ordusunun əməliyyat komandanlığı ərazidəki dinc sakinləri evdə qalmağa və küçəyə çıxmamağa çağırıb, çünki Suriya Demokratik Qüvvələrindən və PKK-dan olan terrorçular müəyyən ərazilərdə gizlənirlər. Bəyanatda, həmçinin qeyd olunub ki, mülki şəxslər fövqəladə hallar zamanı və ya şübhəlilər barədə məlumat vermək üçün yerlərdə təhlükəsizlik qüvvələrinə müraciət edə bilərlər. Eyni zamanda, Şeyx Maqsud məhəlləsindən ilk görüntülər yayılmağa başlayıb, Suriya ordusu məhəllənin 90%-ni nəzarətə götürüb.
Təbii ki, Suriya ordusunun Hələb şəhərinin şimalında yerləşən Şeyx Maqsud məhəlləsində apardığı tammiqyaslı əməliyyatın başa çatdığını elan etməsi ölkədə təhlükəsizlik balansının yenidən formalaşması baxımından diqqətçəkən hadisədir. Rəsmi Dəməşqin YPG və SDQ kimi terror qruplaşmalara qarşı mövqeyini daha da sərtləşdirməsi Suriyanın şimalında uzun müddətdir davam edən qeyri-sabitliyin yeni mərhələyə keçdiyini göstərir.
Şeyx Maqsud məhəlləsi strateji baxımdan Hələb üçün xüsusi əhəmiyyət daşıyır. Bu ərazi illərdir YPG/SDQ-nin mövcudluğu və faktiki nəzarəti səbəbindən mərkəzi hakimiyyət üçün "təhlükəsizlik boşluğu" kimi qiymətləndirilirdi. Suriya ordusunun məhəllənin 90 faizinə nəzarəti ələ keçirməsi Dəməşqin Hələb üzərində tam suverenliyi bərpa etmək niyyətinin real hərbi mərhələyə keçdiyini göstərir. Bununla yanaşı, Suriya ordusu, bir tərəfdən, hərbi nəzarəti möhkəmləndirməyə çalışır, digər tərəfdən isə mülki itkilərin qarşısının alınmasına önəm verdiyini göstərir.
Maraqlı məqamlardan biri də bəyanatlarda PKK faktorunun xüsusi vurğulanmasıdır. Bu detal Türkiyənin təhlükəsizlik narahatlıqları ilə üst-üstə düşür və Dəməşqin Ankara ilə ortaq təhlükəyə qarşı birləşdiyini göstərir. Türkiyə-Suriya münasibətlərinin inkişaf etdiyi bir vaxtda hər iki tərəfdən bu istiqamətdə verilən rəsmi açıqlamalar da regional siyasi mesaj kimi bunun əyani sübutudur. Rəsmi Dəməşq bu ərazidə nəzarəti tam bərpa edəndən sonra isə bu, terror qruplaşmalarının manevr imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq və regionun perspektivlərini artıracaq.
Ümumilikdə, baş verənlər Suriyada hərbi-siyasi proseslərin yenidən mərkəzi hakimiyyətin xeyrinə dəyişdiyini göstərir. Bununla belə, bölgədə silahlı qruplaşmaların tam zərərsizləşdirilməsi və mülki təhlükəsizliyin uzunmüddətli təminatı hələ də əsas çağırış olaraq qalır. Qarşıdakı dövrdə bu əməliyyatın həm Suriyanın daxili güc balansına, həm də regional aktorların mövqelərinə necə təsir edəcəyi diqqətlə izlənəcək.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 12 Yanvar 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















