Icma.az
close
up
RU
Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir

Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

"Azəristiliktəchizat" ASC Bakıda istilik təchizatı infrastrukturunun yenidən qurularaq müasir tələblərə çatdırılması istiqamətində yeni məhəllə qazanxanalarının tikilməsi ilə bağlı layihəyə start verib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, paytaxtın mövcud istilik təchizatı sxeminə əsasən Xətai rayonu, Yeni Əhmədli qəsəbəsində 200-dən yuxarı çoxmənzilli yaşayış binası, o cümlədən 20 minə yaxın mənzil, 18 təhsil, 6 səhiyyə və 65 digər sosial obyektin istilik təchizatı "Azəristiliktəchizat" və "AzərEnerji" ASC arasında bağlanmış müqavilə əsasında Bakı İstilik Elektrik Mərkəzindən (Bakı İEM) alınan istilik enerjisi hesabına təmin edilir.

Bakı İEM-dən alınan istilik enerjisi mərkəzdən çıxan magistral istilik xətti vasitəsilə istilik enerjisinin paylanması və tənzimlənməsi funksiyasını yerinə yetirən və hazırda istismarda olan 15 ədəd istilik məntəqəsi və bir yüksəldici nasos stansiyasına, oradan isə məhəllədaxili istilik xətləri vasitəsilə istehlakçılara çatdırılır.

"AzərEnerji" Bakı İEM-in fəaliyyətini dayandırmaq istədiyi üçün Mərkəzdən qidalanan istilik təchizatı infrastrukturunun yenidən qurularaq müasir tələblərə cavab verən məhəllə qazanxanalarının tikilməsi məqsədəuyğun hesab edilib. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu ilə Energetika Nazirliyi arasında bağlanmış müqaviləyə əsasında institut 16 obyekt üzrə tikinti (yenidənqurma) layihələri hazırlayıb.

Mövcud istilikpaylayıcı məntəqələrin və yüksəldici nasos stansiyasının yenidən qurulmaqla müasir tipli qazanxanaya çevrilməsi ilə bərabər məhəllədaxili istilik xətlərinin də layihələndirilməsi və yenidən qurulması işlərinin görülməsi zəruri hesab edilib.

2026-cı il investisiya proqramına uyğun olaraq, "Azəristiliktəchizat" qeyd edilən layihə çərçivəsində Xətai rayonu, Gəncə prospektində iki istilik məntəqəsinin modernləşdirilməsi və yenidən qurulması işlərinə başlayıb.

Bundan başqa, uzunmüddətli istismar edilən köhnə tipli qazanxanaların modernləşdirilməsi layihəsi çərçivəsində Yasamal rayonunda 129 saylı qazanxananın modernləşdirilməsi işlərinə başlanılıb. Yenidən qurulan və modernləşdirilən qazanxanaların ümumi gücü 18 Qkal/saat olmaqla, ümumilikdə 46 yaşayış binası, 3 uşaq bağçası, 2 səhiyyə və 20-dən artıq digər obyektlərin yüksəkkeyfiyyətli və dayanıqlı istilik təchizatının təmin edilməsinə imkan verəcək.

Uzunmüddətli istismar edilən köhnə tipli qazanxanaların modernləşdirilməsi layihəsi çərçivəsində 2024-cü ildə 5 qazanxana, 2025-ci ildə 7 qazanxana tam şəkildə modernləşdirilərək istismara verilib və bu qazanxanalardan 106 yaşayış binası, 16 təhsil və səhiyyə müəssisəsi istiliklə təmin edilir. İşlərin yeni istilik mövsümünə qədər başa çatdırılması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri