Icma.az
close
up
RU
Məhəllədaxili yolların “YARAŞIĞI” Özbaşına qoyulan tramplinlər maşınlara və sürücülərə necə ziyan vurur?

Məhəllədaxili yolların “YARAŞIĞI” Özbaşına qoyulan tramplinlər maşınlara və sürücülərə necə ziyan vurur?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Tramplinlər məhəllədaxili yolların “yaraşığ”ına çevrilib. Həyətlərdə, uşaq bağçaları və məktəblərin, marketlərin, parkların qarşısında bu tramplinlər sürəti azaltmaq üçün qoyulur.
Düzdür, məhəlləni təlim poliqonu ilə səhv salan yeni sürücülərin, axşamlar uşağını sükan arxasında oturub ona kişilik məktəbinin əlifbasını öyrədən gənc ataların, ələlxüsus da evdən gizlicə açarı götürüb özünü bir şəxsiyyət kimi təsdiqləmək istəyən yeniyetmələrin qarşısını almaqda yaxşı  mübarizə metodudur.
Ancaq belə quruların oduna yaş da yanır axı!
Təpəcik şəklində asfaltın özündən düzəldilmiş bu maneələr onsuz da dar olan məhəllələrdə süni tıxac yaradır. Bəzən isə yola kəsilmiş şalban, ya da yoğun kəndir, boru  atılır. Çox eybəcər görüntü yaranır.  
Bu tramplinlərin çoxu özbaşına quraşdırılıb. Bu cür tramplinlər əksər hallarda sürücüləri caşdırır. Xüsusən də məhəlləyə qonaq gəlmiş sürücülər, yaxud sərnişin gətirən taksiləri peşman edir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirir ki, tramplinlərin quraşdırılması yalnız yol hərəkətinin təşkili və təhlükəsizliyinə cavabdeh olan aidiyyəti qurumların razılığı ilə həyata keçirilməlidir. Bu kimi qurğuların quraşdırılması üçün bütün əlaqədar qurumların razılığı mütləqdir. Nəzərə alsaq ki, qanunvericilikdə süni maneə nəzərdə tutulmayıb, odur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə ilə nəticələnə bilər.
Nəqliyyat üzrə ekspert Nüsrət Hacıyevin sözlərinə görə, tramplin əgər razılaşdırılaraq yerləşdirilibsə, onu düzgün keçməklə bağlı, yaxud da nabələd sürücüləri xəbərdar etmək üçün sürət həddinin azaldılmasını göstərən yol nişanı olmalıdır:
“Bunu görən sürücü qabaqcadan sürətini azaldır, bununla da arxasınca gələn maşınlara işarə olur. Əks halda tramplini görən sürücü ya qəfil əyləci basacaq ki bu da qəzaya səbəb ola bilər, ya da sürətlə keçdiyində zamanla maşının amartizatorlarda, əyləc sistemində, üstlüyündə (nakladka)  tədricən aşınmalar və digər problemlər yaranacaq”.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see327

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see206

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see190

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see157

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see143

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see142

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see139

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see133

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see131

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see129

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see127

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri