Icma.az
close
up
RU
Samirə Əfəndidən sonra daha bir “erməni qucaqlaması” Bu dəfə əks reaksiya gördük

Samirə Əfəndidən sonra daha bir “erməni qucaqlaması” Bu dəfə əks reaksiya gördük

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər beynəlxalq musiqi yarışmaları Azərbaycan–Ermənistan münasibətləri kontekstində müzakirə mövzusuna çevrilib. Belə ki, 13 dekabrda Tbilisidə keçirilən Uşaq Avroviziyası müsabiqəsində Azərbaycanın Ermənistana 3 xal verməsi, Ermənistanın isə Azərbaycana bir xal belə verməməsi diqqət çəkib.

Bu fonda daha əvvəl Qazaxıstanda keçirilən “Silkway Star” müsabiqəsində Azərbaycanın “Avroviziya-2021” təmsilçisi Samirə Əfəndinin münsif qismində erməni ifaçını qucaqlaması və ona ən yüksək – 12 xal verməsi ölkə ictimaiyyətində ciddi etirazlara səbəb olmuşdu.

Elnarə Abdullayeva

Globalinfo.az-a danışan əməkdar artist, xanəndə Elnarə Abdullayeva məsələyə sərt reaksiya verib:

Ermənistan tərəfi bal verməməklə bizə yaxşı edir. Biz hələ də ayılmamışıq. Düşmən  düşməndir. Tez yumşalırıq. Biri ermənini öpür, biri qucaqlayır, guya sülhməramlıdırlar”.

Əməkdar artist, müğənni Firuzə İbadova isə qeyd edib ki, musiqinin və incəsənətin siyasətlə birbaşa əlaqəsi yoxdur:

“Lakin təəssüf ki, son zamanlar belə yarışmalarda xalqımızın hələ də unutmadığı faciələr gözardı edilir. Halbuki anaların göz yaşları hələ qurumayıb. Bu reallıqları unutmaq mümkün deyil və unutmaq da olmaz. Bir ana öz övladını torpağa veribsə, həmin xalqın nümayəndəsi olaraq çıxış edən birinin erməni iştirakçıya bal verməsi, onu qucaqlaması, səmimi şəkildə təbrik etməsi nə dərəcədə doğrudur? Bu, düzgün və məqbul addım deyil.

Qarşı tərəf Azərbaycana heç bir xal da ayırmayıb. Bu, onu göstərir ki, münasibətdə dəyişiklik yoxdur və düşmənçilik mövqeyi saxlanılır. Mən siyasətçi deyiləm və siyasətə qarışmaq niyyətim yoxdur. Amma 50 ildən artıq ömrünü səhnəyə, Azərbaycan mədəniyyətinə həsr edən bir sənət adamı və Azərbaycan vətəndaşı kimi deyə bilərəm ki, belə vəziyyətdə heç bir bal da verməzdim. İstedad nə qədər yüksək olsa belə, bu addımı atmazdım. Bizə qiymət verilmirsə, biz də qarşı tərəfə qiymət verməməliyik”.

Firuzə İbadova

F.İbadova qeyd edib ki, əgər qarşı tərəfdən ən azı simvolik də olsa bir xal verilsəydi, bunu siyasətdən kənar qiymətləndirmək olardı:

Amma baş verənlər onların hələ də mövqelərini dəyişmədiyini göstərir. Onlar bizi düşmən kimi görürlər və bunu açıq şəkildə nümayiş etdirirlər. Mənim mövqeyim qətidir. Xalqımıza qarşı bu qədər ağır cinayətlər törədən, anaları ağlar, qadınları dul, uşaqları yetim qoyan tərəfə bal vermək düzgün deyil. Bu yanaşmanı qəbul etmir və açıq şəkildə pisləyirəm. Mən verilən 3 xalın da, 12 xalın da əleyhinəyəm”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri