“Məhəmməd Əmin Rəsulzadə və müstəqil Azərbaycan” metodik vəsaiti çapdan çıxıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən ərsəyə gələn “Məhəmməd Əmin Rəsulzadə və müstəqil Azərbaycan” adlı metodik vəsait çapdan çıxıb. Kitab Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, publisist, naşir, ədəbiyyatşünas, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, M.Ə.Rəsulzadənin publisistikası, məzmunlu ədəbi-bədii əsərlərinin təbliği məqsədilə hazırlanmış metodiki vəsaitdən kitabxanaçılar, həmçinin onun yaradıcılığı ilə maraqlanan tələbələr, doktorantlar və digər oxucular istifadə edə bilərlər.
Çoxsaylı kitablara və məqalələrə əsaslanmaqla hazırlanmış vəsaitin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru Hüseyn Hüseynov, tərtibçiləri MEK-in direktor müavini Şəhla Quliyeva, dosent Knyaz Aslan, ixtisas redaktoru isə Biblioqrafiya şöbəsinin əməkdaşı Rəna Cavadovadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 03 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















