Icma.az
close
up
RU
Məhəmməd Əmin Rəsulzadə “Molla Nəsrəddin” və mollanəsrəddinçilər haqqında

Məhəmməd Əmin Rəsulzadə “Molla Nəsrəddin” və mollanəsrəddinçilər haqqında

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan xalqının ictimai-siyasi və ədəbi-mədəni həyatında müstəsna rol oynayan görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə çoxşaxəli fəaliyyəti ilə XX əsr tariximizin maraqlı, keşməkeşli və dəyərli salnaməsini yaratmışdır. Böyük mütəfəkkir dövrünün ictimai-siyasi hadisələrinin önündə gedən bir lider olmaqla yanaşı, həm də yazıçı, dramaturq, ədəbiyyatşünas, publisist kimi ədəbi fikir tariximizin aparıcı simalarından birinə çevrilərək adını xalqımızın yaddaşına əbədi həkk etmişdir.

M.Ə. Rəsulzadə  “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Azərbaycan şairi Nizami” adlı fundamental əsərləri ilə özünün həm də  dərin zəkaya, güclü məntiqə, dəqiq və sərrast analitik təhlil etmə bacarığına malik olan böyük bir ədəbiyyatşünas olduğunu təsdiqləmişdir. Onun polifonik yaradıcılığında müxtəlif mövzuda qələmə aldığı çoxsaylı publisistik məqalələrinin də özünəməxsus yeri vardır. İçərisində yaşadığı cəmiyyətin bütün ictimai-siyasi hadisələrini, ədəbi mənzərəsini ən dərin qatlarına qədər dərk edən, anlayan və bu gedişatdan çıxış yolu axtaran  mütəfəkkir şəxsiyyət ətrafında cərəyan edən proseslərdən yaxşı xəbərdar olmuş və elə bir məsələ olmamışdır ki, ona öz ziyalı münasibətini bildirməsin. 

Bu mənada M. Ə. Rəsulzadənin “Açıq söz” qəzetinin 22 aprel 1916-cı il tarixli 166-cı sayında dərc etdirdiyi “Molla Nəsrəddin” adlı publisistik məqaləsini xüsusi qeyd etmək istərdik. Müəllif məqaləni böyük realist yazıçımız Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 1906-cı ildə Tiflisdə nəşrə başlayan “Molla Nəsrəddin” satirik jurnalının 10 illiyi münasibətilə qələmə almışdır. M. Ə. Rəsulzadə məqalədə Molla Nəsrəddin adının Şərq xalqları tərəfindən yaxşı tanındığını, “məşhur xəvas, məqbul alim” olduğunu diqqətə çatdıraraq yazır: “Molla Nəsrəddini bütün Şərq tanıyır, Şərqi tanımayanlar da tanıyırlar. Bu şöhrət 1906-cı ilin aprelindən (“Molla Nəsrəddin”in zühurundan) daha əskidir. Xacə Nəsrəddin, Molla Nəsrəddin, Nəsrəddin Babay İranda da, Turanda da, ərəblərdə də mərufdur. Xülasə, İslam Şərqi “Molla”nı bilir. Onun duzlu hekayələrini, ibrətli təmsillərini dillərdə dastan edir”.

Görkəmli ədib “Molla Nəsrəddin” jurnalının nəşri ilə bu adın daha da məşhurlaşmasını, xalqın həyat və məişətinə yeni ab-hava gətirməsini, cəmiyyətdə mənəvi dirçəlişə və milli intibaha səbəb olmasını bir vətəndaş yanğısı və ziyalı həssaslığı ilə göstərərək yazırdı: “1906-cı ildə Tiflisdə zəmanə qiyafəsinə bürünüb də həftəlik gülgü qəzetəsi şəklində çıxması ilə “Molla“ tazə bir həyat, yeni bir şöhrət qazandı. Xacə Nəsrəddin nə dərəcədə məruf idisə, “Molla Nəsrəddin” də o dərəcədə məşhur oldu. Xacə Nəsrəddini İslam Şərqinin dühası, xəlq dühası yaratmışdı. “Molla Nəsrəddin”i isə Azərbaycan türklərinin dühası, məzhəkədəki məharətləri vücuda gətirdi”.                                               

M. Ə. Rəsulzadə məqalədə əsrlərcə imperiyanın caynağında inləyən Şərq xalqlarının, o cümlədən Azərbaycan məmləkətinin Rusiyada baş verən 1905-ci il inqilabından sonra az da olsa, azad nəfəs almasına, qəzet və jurnallar çap etməsinə imkan yarandığını qeyd edir, xalqların öz müqəddəratını təyin etmək hüququna malik olması üçün fürsət düşdüyünü  yazır.  Cəmiyyətdə baş verən bu yeniləşmə prosesində milli mətbuatın, xüsusilə “Molla Nəsrəddin” ədəbi hərəkatının rolunu yüksək dəyərləndirən M. Ə. Rəsulzadə bəşəriyyətin nicat yolunu azadlıqda, “hürriyyət məbədinin tikilməsində”, elm, maarif və mədəniyyətin yüksəlişində, insanların xoşbəxtliyində, cəmiyyətin ictimai və sosial bəlalardan xilas olmasında görürdü. O, Cəlil Məmmədquluzadə başda olmaqla “Molla Nəsrəddin” jurnalının ətrafında toplaşan  mollanəsrəddinçi ədəbi qüvvələrin bu istiqamətdə apardıqları mübarizəyə inanırdı. 

Böyük ədib jurnalın ideoloji xəttini təqdir edir, mövhumata, cəhalətə və xurafata qarşı barışmaz mövqedə dayandığını elmi cəhətdən əsaslandırır, bir məmləkətin xilası üçün nələrdən keçməyin zəruriliyini bütün aydınlığı ilə göstərir, bu taleyüklü məsələnin həllində “Molla Nəsrəddin”in xilaskarlıq missiyasının nədən ibarət olduğunu fəlsəfi mühakimə və ümumiləşdirmələri ilə şərh edirdi. 

M. Ə. Rəsulzadə bir fərddən başlanan azadlığın, hürriyyətin qlobal xarakter alaraq geniş miqyasda yayılmasını “Molla Nəsrəddin” jurnalının ən böyük uğuru, nailiyyəti kimi səciyyələndirərək bu mətbuat orqanının xalqımızın tarixinə misilsiz töhfələr verdiyini böyük iftixar və qürur hissilə açıb göstərirdi: “Fikrin azad olması, fərdin xarici təsirlərdən, təəssüflərdən xilas olub da əhatəli bir əql və tənqidedici bir nəzərə malik olunması hər hanki bir tərəqqinin ilk  zamini, birinci amilidir. Bu hürrəndişlikdir. Nafiz istehzaları, qəhqəhəli gülüşləri ilə əski fikirləri, köhnə binaları, batil həqiqətləri yıxması ilə “Molla Nəsrəddin” mühitimizin ən çox möhtac olduğu bu “hürrəndişliy”in tövlidinə xidmət edirdi. Ən böyük xidməti, ən böyük məziyyəti də bu idi.”

Böyük fəlsəfi düşüncələri ilə “Molla Nəsrəddin”in Azərbaycan satirik mətbuatına, çoxəslik ədəbiyyatına misilsiz töhfələr verdiyini xüsusi nəzərə çarpdıran M. Ə. Rəsulzadə jurnalın tarixi rolunu, bu ədəbi cəbhənin fədakar nümayəndələrinin əvəzsiz, təmənnasız, unudulmaz xidmətlərini, onun cəfakeş yaradıcı heyətini ürəkdən alqışlayaraq əsl məfkurə insanları olduqlarını, yüksək vətənpərvərlik göstərdiklərini böyük səmimiyyətlə etiraf edirdi. O, jurnalın təkcə Şərq xalqlarının yaşadığı coğrafi ərazilərdə deyil, beynəlxalq aləmdə tanınması, oxunması və şöhrət qazanmasında başlıca olaraq dörd ədəbi qüvvənin mühüm rolunu ön plana çəkərək  bəyan edirdi: “Yazılarının əksəri xalq tərəfindən  əzbərlənmiş, zərbülməsəl yerinə keçmiş olan “Molla Nəsrəddin” əsasının dörd rükni- mühümmi vardı. Məcmuənin müdiri möhtərəm Cəlil Məmmədquluzadə ki, “Molla Nəsrəddin” imzası ilə baş məqalələr yazardı. Milli şairimiz mərhum Sabir “Hophop” imzası və parlaq həcv və həzlləri ilə “Molla”da iştirak edirdi, Ömər Faiq Əfəndi ki, məcmuənin ictimai və siyasi yaşayışımıza təəllüq edən kiçik,  fəqət ötkün fəqərələrini tərtib edərdi. “Molla Nəsrəddin”in rəssamı ki, işlədiyi karikaturalar, xəlq elədiyi tiplərlə adətən məcmuəni yalnız müsəlman mətbuatı aləmində deyil, beynəlmiləl mümtaz bir halə qoyurdu”.

Məlumdur ki, “Molla Nəsrəddin” jurnalı fəaliyyət göstərdiyi 25 il boyunca daim ana dilinə xüsusi əhəmiyyət vermiş, onun təmizliyi, saflığı uğrunda  mübarizə aparmış və yad təsirlərdən qorumağa çalışmışdır. “Molla Nəsrəddin”in varlığıyla qürur duymağımızın zəruriliyini diqqət mərkəzinə çəkən M. Ə. Rəsulzadə  jurnalı mədəniyyət tariximizin zəngin salnaməsi, dəyərli və əhəmiyyətli bir səhifəsi, zaman keçdikcə öz möhtəşəmliyini və əhəmiyyətini qoruyub saxlayan ən qiymətli bir söz abidəsi kimi xarakterizə edərək yazırdı: “Molla Nəsrəddin” asari-nəfisəmizdən olmaq üzrə vücudu ilə həqiqətən də iftixar oluna bilər. Asari-mədəniyyəmiz arasında “Molla əmi” ən böyük qiymətə malik dəyərli bir asardır. “ Molla”nın kolleksiyonlarının vəqtilə ən ziqiymət asari-ətiqə hökmünə keçəcəyinə şübhə yoxdur”.

Böyük dövlət xadimi,  görkəmli ədəbiyyatşünas və publisist Məhəmmməd Əmin Rəsulzadənin çox böyük uzaqgörənliklə söylədiyi  bu qiymətli sözlər öz əhəmiyyətini bu gün də qoruyub saxlamaqdadır. Doğrudan da, “ Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının ictimai-siyasi, sosial və ədəbi-mədəni həyatını özündə ehtiva edən bir yaddaş kitabı və möhtəşəm abidə səviyyəsinə yüksələn qiymətsiz söz xəzinəmiz kimi tarixə çevrilərək əbədiyyət qazanmışdır. 

Gülbəniz Babayeva

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

baş elmi işçisi, filologiya elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:480
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri