Icma.az
close
up
RU
“Məhəmməd Füzuli” medalı təsis edildi

“Məhəmməd Füzuli” medalı təsis edildi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Yazıçılar Birliyi katibliyinin 2025-ci il 3 saylı qərarı ilə “Məhəmməd Füzuli medalı” təsis edilib. Bu haqda xəbəri AYB-nin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu paylaşıb. 

Məhəmməd Füzuli medalının təqdimetmə komissiyasının rəhbəri olan Səlim Babullaoğlu qeyd edib ki, əsasnaməyə görə bu medalla yalnız “yüksək ədəbi uğurlara görə” əcnəbi şair və yazıçılar təltif ediləcək. Nominantlar həm öz ölkəsində, həm də xaricdə yüksək ədəbi uğurları ilə təsdiq və təqdir olunan ədiblərin, eləcə də Azərbaycan ədəbiyyatını, həqiqətlərini öz ölkələrində və dünyada təbliğ edən, tərcüməsi sahəsində fəaliyyətlərinə görə fərqlənən ədəbiyyat xadimlərinin sırasından seçilir.

Medal bürüncdən hazırlandığını, ortasında Məhəmməd Füzulinin barelyefinin əks olunduğunu, xüsusi hazırlanmış diplomla birgə təqdim olunacağını bildirən komissiyasının rəhbəri Səlim Babullaoğlu “Ədəbiyyat qəzeti”nə açıqlamasında deyib: 

– Ötən il dahi şairimiz Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi idi və Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin sərəncamı ilə “Füzuli ili” elan olunmuşdu. İl çərçivəsində həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə çoxlu konfrans və simpoziumlar, tədbirlər keçirildi. Çoxsaylı kitablar, tədqiqatlar çap edildi. AZB-nin “Füzuli ili”nin məntiqi yekunu kimi təsis etdiyi medal il ərzində yalnız 3 əcnəbi ədibə veriləcək.

Azərbaycan Yazıçılar Birliyi katibliyinin qərarı ilə bu il Məhəmməd Füzuli medalı 2 nəfərə – böyük qazax şairi, ədibi, mütəfəkkiri Oljas Suleymenova və görkəmli rumın şairi və alimi, Mihay Eminesku Akademiyasının prezidenti İon Deakoneskuya veriləcək. Azərbaycanın böyük dostu olan Oljas Suleymnovu ədib kimi ölkə ictimaiyyəti yaxşı tanıyır. Onu Azərbaycanda elə öz klassiklərimiz qədər sevirlər. Üstəgəl, bu il onun məşhur “Az I Ya” əsərinin 50 illiyi qeyd olunacaq.

İon Deakonesku isə həm öz ölkəsində, həm də Şərqi Avropada yaxşı tanınan məşhur şair, ədəbiyyat təşkilatçısı və ölkəmizin dostudur. Rumıniyada keçirilən bir çox ədəbiyyat tədbirlərində zaman-zaman ölkəmizin və ədiblərimizin təmsil olunmasına şərait yaradıb. Türklərə, Azərbaycana və azərbaycanlılara hörmətlə yanaşır.

Sonda Səlim müəllim vurğulayıb ki, bu ilin may ayında medallar sahiblərinə təqdim ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri