Icma.az
close
up
RU
“Məhəmməd Füzuli. Biblioqrafiya” və “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat olub

“Məhəmməd Füzuli. Biblioqrafiya” və “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat olub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Məhəmməd Füzuli. Biblioqrafiya” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, tədbirdə Milli Kitabxanasının direktoru professor Kərim Tahirov hazırlanan kitabların məziyyətlərindən danışıb. Qeyd edib ki, Məhəmməd Füzuli Azərbaycan şeirində və ədəbiyyatında günəş kimi parlayan, zəngin və dərin keçmişə malik bir şəxsiyyətdir. Direktor Prezident İlham Əliyevin imzaladığı “Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın bu böyük şəxsiyyətin Azərbaycan mədəni irsində tutduğu əvəzsiz mövqeyini təsdiqlədiyini bildirib. Professor Füzulinin təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumilikdə Yaxın və Orta Şərq ədəbiyyatında Azərbaycan, ərəb və fars dillərində yazan nadir şəxsiyyətlərindən biri, hər üç ədəbiyyatda öz möhtəşəm izini qoymuş bir düha olduğunu söyləyib. O, təqdimatı keçirilən hər iki əsərin füzulişünaslığın yeni mərhələsinə bir cığır açacağını, Füzulinin yaradıcılığını daha geniş və dərindən araşdırmaq istəyən gələcək tədqiqatçılar üçün bitkin bir ensiklopedik əsər olduğunu söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında hər iki kitabı geniş və əhatəli təhlil edib. O bildirib ki, Məhəmməd Füzuli haqqında yazılmış hər iki nəşr Mədəniyyət Nazirliyinin, elmi ideoloji mərkəz olan Milli Kitabxananın və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun həmrəyliyinin, birliyinin, əməkdaşlığının bir örnəyi kimi çox qiymətlidir. Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq həyata keçirilən bütün tədbirlər, həmçinin 2024-cü ildə Beynəlxalq kitab sərgisinin Füzuliyə həsr olunması müasir dövrdə beynəlxalq miqyasda Füzulinin Azərbaycan şairi kimi yenidən təqdim və təbliğ olunmasına bir töhfədir. 7 minə yaxın mənbəni əhatə edən “Məhəmməd Füzuli. Biblioqrafiya” kitabının “Əhdi-Bağdadi”dən başlayaraq 530 illik dövrü əhatə edən indiyədək nəşr olunan ilk geniş, sistemli möhtəşəm əsər olduğunu bildirib. İlk dəfə olaraq bu biblioqrafiyada 500-dən çox əlyazma və daşbaşmanın verildiyini əlavə edib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” sektoru tərəfindən hazırlanan “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitabının isə ümumiləşdirilmiş və geniş həcmə malik olan ən sanballı elmi-tədqiqat əsəri olduğunu söyləyib.

Hər iki əsərin Füzuli irsi haqqında 530 ildə yazılanlara yekun vuran, ümumiləşdirən möhtəşəm bir elmi abidə, Azərbaycan və dünya füzulişünaslığına ərmağan edilən sanballı bir töhfə olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı professor Jalə Əliyeva, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” bölməsinin müdiri, dosent Ataəmi Mirzəyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Knyaz Aslan, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, dosent Zəkulla Bayramlı, AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış ediblər.

Çıxışçılar Füzuli irsindən, yaradıcılığından ətraflı bəhs edərək, dahi şairin Azərbaycan ədəbiyyatında, elmində, mədəniyyətində tutduğu yer, müasir ədəbiyyatda onun ədəbi-bədii dili, üslubu, Füzuli dilinin obrazlılığından geniş söhbət açıblar. Bu gün təqdimatı keçirilən hər iki kitabın bir-birini tamamladığını, Füzuli irsini araşdıranlara və Füzuli xiridarlarına böyük bir hədiyyə, töhfə olduğunu söyləyiblər. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyini və kollektivini təbrik ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyul 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri