Məhəmməd Salah dənizdə də mühafizəçilərlə üzür (Video)
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Liverpool"un ulduz futbolçusu Məhəmməd Salah yeni mövsüm öncəsi istirahətini Yunanıstanda keçirməsi ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, misirli futbolçu tətil zamanı xüsusi mühafizəçilərin müşayiəti altında görüntülənib. Sosial şəbəkələrdə yayılan kadrlarda onun təhlükəsizlik tədbirləri altında istirahət etdiyi əks olunub.
Məlumata görə, gərgin mövsümdən sonra dincəlmək üçün Yunanıstana yollanan Salah ölkənin lüks istirahət bölgələrindən birində vaxt keçirib. Dünyanın ən tanınmış futbolçularından biri olan ulduzun şəxsi mühafizəçilərlə hərəkət etməsi də diqqətdən yayınmayıb.
Qısa müddətdə geniş yayılan görüntülər futbolsevərlər arasında maraqla qarşılanıb. Bildirilir ki, Mohamed Salah istirahətini başa vurduqdan sonra yeni mövsümün hazırlıqlarına qoşulacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 30 İyul 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















