Məhəmməd Salah “Trabzonspor”da
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin “Trabzonspor” klubu dünya futbolunun ulduzlarından biri olan Məhəmməd Salahla anlaşıb.
“Qafqazinfo” “Haber Global” istinadən xəbər verir ki, Trabzontəmsilçisi uzun müddətdir gözlənilən transferi yekunlaşdırıb.
Məlumata görə, misirli hücumçu “Trabzonspor”la rəsmi müqaviləyə imza atıb. Təcrübəli ulduzun sabah axşam saatlarında Trabzona gələcəyi gözlənilir. Məhəmməd Salahın yeni komandasında 11 nömrəli formanı geyinəcəyi bildirilir.
Xatırladaq ki, “Liverpul”un heyətində Premyer Liqa, Çempionlar Liqası, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İngiltərə Kuboku və Liqa Kubokunu qazanan Salah fərdi göstəriciləri ilə də tarixə düşüb. Premyer Liqada 4 dəfə bombardir olan, 2 dəfə mövsümün ən yaxşı futbolçusu seçilən misirli hücumçu “mersisaydlılar”ın heyətində keçirdiyi 442 rəsmi matçda 257 qol vurub və 123 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 04 Avqust 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















