Məhəmməd Salah Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib
Icma.az, Report.az portalına istinadən məlumat verir.
İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib.
"Report" xəbər verir ki, misirli oyunçu azarkeşlərin səsverməsinə əsasən "ən yaxşı" adına layiq görülüb.
O, Moyses Kaysedo (“Çelsi”), Mateus Kunya və Juan Qomes (hər ikisi “Vulverhempton”), Ceyms Meddison (“Tottenhem”) və Juan Pedronu (“Brayton”) qabaqlayıb.
Qeyd edək ki, Məhəmməd Salah ötən ay Premyer Liqada keçirdiyi üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Məhəmməd Salah Premyer Liqada ayın ən yaxşı futbolçusu seçilib
14 Mart 2025 15:26
Məhəmməd Salah Premyer Liqada məhsuldarlıq rekordunu təkrarlayıb
27 Fevral 2025 13:56
Məhəmməd Salah Premyer Liqada daha bir tarix yazdı
30 Dekabr 2024 09:23
Məhəmməd Salah Premyer Liqada yeni rekorda imza atıb
20 Fevral 2025 10:26
Salah Premyer Liqada ayın ən yaxşısı seçilib
10 Dekabr 2024 16:56

