Məhəmmədəlinin arzusu futbolçu olmaq idi Məşqçisindən AÇIQLAMA
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Qəza xəbərindən sonra mən və klubumuzun üzvləri çox üzüldük". Bu sözləri Sport24.az saytına açıqlamasında Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan 13 yaşlı Məhəmmədəli Eqanovun oynadığı "Gənclik" futbol klubun baş məşqçisi Vasif Rzayev deyib.
Rzayev Məhəmmədəlinin ən böyük arzusu futbolçu olmaq istəməsini bildirib:
"Təəssüf ki, qəzada həlak olanların içərisində futbolçumuz Məhəmmədəli Eqanovun adı var idi. Məhəmmədli gülərüz və hamının sevimlisi idi. Məşqlərə həvəslə yanaşırdı. Məqsədi futbolçu olmaq idi. Heyif ki, aramızdan tez getdi. Qəzada dünyasını dəyişənlərin ailələrinə səbr diləyirəm".
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 27 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















