Icma.az
close
up
RU
Məhərrəm ayı ilə bağlı VACİB MƏQAMLAR: “Əslində İmam Hüseynin şəhadəti…” KONKRET

Məhərrəm ayı ilə bağlı VACİB MƏQAMLAR: “Əslində İmam Hüseynin şəhadəti…” KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Məhərrəm ayında təşkil olunan matəm məclisləri, yürüş və mərsiyyə mərasimləri dinə deyil, tarixi-fəlsəfi və siyasi məqsədlərə xidmət edir”.

Bu fikirləri ilahiyyatçı Tural İrfan KONKRET.az-a verdiyi açıqlamada səsləndirib.

“Bu ayda keçirilən tədbirlər İslam dininin prinsiplərinə ziddir və daha çox qədim fars ənənələrinə dayanır”

İlahiyyatçı xatırladıb ki, Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayı, Zilhiccədən sonra gələn və İslam ilinin başlanğıcı olan aydır. Bu ayın 10-da, Aşura günü, İmam Hüseynin (ə) şəhid olduğu tarixdir. Lakin İslamda uzunmüddətli matəm anlayışı yoxdur:

“Dinimizdə matəm günü, matəm ayı yoxdur. Üç gündən artıq yas saxlamaq olmaz. Peyğəmbərin özü vəfat edəndə belə uzunmüddətli yas tutulmayıb. Şəhidlik İslamda ən uca zirvədir. İmam Hüseyn (ə) də şəhid olub və biz onun ideyalarını yaşatmağı seçməliyik.”

İlahiyyatçı iddia edir ki, sonradan bəzi etnik və məzhəb yönümlü təsirlər nəticəsində bu ayla bağlı dini mərasimlər siyasi və ideoloji məna daşımağa başlayıb. O, bildirib ki, farslar İmam Hüseynin həyat yoldaşının Sasani şahı Yezdəgerdin qızı olması səbəbilə ona və nəslinə “ilahi sifətlər” verib, bu ailəni müqəddəsləşdiriblər:

“Məhərrəm ayı və Aşura ilə bağlı keçirilən tədbirlərin bir çoxu, zəncir vurmaq, mərsiyyə deyib ağlamaq, daşa şirni yapışdırmaq, qara bağlamaq, nəzir paylamaq kimi əməllər əslində İslama deyil, xurafat və bidətlərə əsaslanır.”

Onun sözlərinə görə, İmam Hüseynin şəhid olması tarixi və ideoloji baxımdan təhrif olunur, onun əsl məqsədi, əxlaqı və mənəvi irsi təbliğ olunmur:

“Əslində bu tədbirlərdə Quran oxunmur, dua edilmir, əksinə lənətlər və mərsiyyələr səsləndirilir. İmam Hüseyn sanki məğlub, aciz, bacarıqsız biri kimi təqdim olunur. Halbuki, şəhadət bir müsəlman üçün qələbədir”.

İlahiyyatçı bu məclislərin bir çoxunun ruhanilər tərəfindən “nəzir mövsümünə” çevrildiyini, Səfər ayı da daxil olmaqla iki ay boyunca davam etdiyini vurğulayıb. Bildirib ki, bu proseslər tarixdə Büveyhilər, Fatimilər və Səfəvilər dövründə digər məzhəbdən olanlara qarşı siyasi və məzhəbi təbliğat vasitəsi kimi istifadə olunub.

Sonda Tural İrfan qeyd edib ki, İmam Hüseynin missiyası, fədakarlığı, şəhadəti İslamda uca məqamdadır və onu yalnız yasla deyil, mənəvi mirasını yaşatmaqla anmaq lazımdır.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 İyun 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri