Icma.az
close
up
RU
Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub

Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Mətbuat Şurasında Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş "Jurnalist ömrünün əbədiyyət nəğməsi" kitabının təqdimatı keçirilib.

Adalet.az xəbər verir ki, jurnalist Əsgər Əlioğlunun (İbrahimov) müəllifi olduğu kitab peşə fəaliyyətini yerinə yetirərkən erməni terroru nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndi yaxınlığında tank əleyhinə minaya düşərək faciəli şəkildə həlak olan hərbi jurnalist Məhərrəm İbrahimovun ömür yoluna həsr olunub.

Qeyd edilib ki, kitabda 30 illik erməni işğalı dövründə uzun müddət cəbhəboyu zonaya ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar verən Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs olunub.

İkinci Qarabağ zəfərindən sonra Ermənistanın müharibə cinayətləri, mülki insanları hədəf alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərimizin dəhşətli mənzərəsi barədə birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar toplanıb.

Kitabın təqdimat mərasimində Milli Məclisin deputatları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin tanınmış media qurumlarının rəhbər və nümayəndələri, aparıcı media təmsilçiləri, hərbi jurnalistlər, politoloq və siyasi şərhçilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov kitab haqqında təəssüratlarını bölüşüb, hərbi jurnalist Məhərrəm İbrahimovun timsalında Vətən uğrunda canlarını qurban vermiş igidlərin qəhrəmanlıq yolundan, ermənilərin mina terrorundan, Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yoldan danışıb.

Deputat Rizvan Nəbiyev söyləyib ki, mina terroru təkcə insanların həyatına deyil, mədəni irs, ətraf üçün də ciddi təhlükədir: "Kitab Azərbaycanın üzləşdiyi mina terrorunun yerli və beynəlxalq arenada təqdimatı üçün olduqca vacib əhəmiyyətə malikdir. O əlavə edib ki, bu gün Azərbaycan əsasən öz vəsaiti hesabına minatəmizləmə işlərinin öhdəsindən gəlir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə vurğulayıb ki, Məhərrəm və Siracın (Sirac Abışov, Azərbaycan Televiziyasının operatoru - red.) faciəsi erməni vandalizmini dünyaya bir daha nümayiş etdirdi: "Biz bu hadisəni duyarkən bir daha əmin olduq ki, jurnalistlər öz peşə fəaliyyətini yerinə yetirmək üçün ölümün gözünə dik baxırlar. Şəhid jurnalistlərin həyatı təkcə jurnalistlər üçün deyil, bütün cəmiyyətimiz üçün də bir örnəkdir".

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli xatırladıb ki, Vətən müharibəsindən sonra Sirac və Məhərrəm yarım ildən çox cəbhə bölgəsində olublar: "Onlar həmin ərazilərdə bütün dağıntıları, vandalizmi toplayıb, ərsəyə gətirirdilər. Onların topladıqları faktlar o qədər çox idi ki, bir neçə belə kitaba yerləşməzdi. Onları iki dəfə geri çağırdılar ki, başqası əvəz etsin. Amma bu işi o qədər sevərək görürdülər ki, geri qayıtmağı istəmədilər. Öz həyatlarını riskə ataraq çox əhəmiyyətli reportajlar hazırladılar".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, media bütün zamanlarda hər zaman Qarabağ məsələsini diqqətdə saxlayıb.

"Hər gün Qarabağ haqqında yazılırdı. Ona görə müasir nəsil Qarabağ haqqında çox məlumatlıdır. Məhərrəm və Siracın həmyaşıdları vaxtilə Azərbaycanın yaşadığı faciələri öz gözləri ilə görüblər, öz torpaqlarından didərgin salınıb, məcburi köçkün düşüblər. Mən bu kitabın Qərbi Azərbaycanda təqdimatının keçirilməsini arzu edirəm. Çünki Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmaq haqqı var", - o vurğulayıb.

Milli Məclisin deputatı Azər Allahverənov da çıxışı zamanı söyləyib ki, mina terroru varsa, deməli, təhlükə də var, müharibə davam edir.

Deputat Pərvin Kərimzadə isə vurğulayıb ki, jurnalistlər, Azərbaycanın bütün sahələrində çalışan hər kəs Vətənin, dövlətin maraqlarını üstün tutmalıdırlar: "Kitabda sonuncu bir şəkil var: Məhərrəmin iki övladı gözlərini yerə dikərək boynubükük durublar. Bu körpələr indi anlamaya bilərlər, amma bir gün necə qəhrəman insanın övladı olduqlarını başa düşəcəklər".

"Real TV"nin rəhbəri, telejurnalist Mirşahin Ağayev bildirib ki, kitabların ən yaxşı xüsusiyyəti silinə bilməməsidir: "Mən çox xahiş edirəm ki, Məhərrəm İbrahimovun həyatı və fəaliyyətinə həsr edilən bu kitab Axundov Kitabxanası başda olmaqla, Azərbaycandakı bütün kitabxanalara göndərilsin".

"Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı isə bildirib ki, kitabın ərsəyə gətirilməsi, onun gələcək nəslə ötürülməsi qəhrəmanlarımızın unudulmaması üçün böyük töhfədir.

Təqdimat mərasimi digər iştirakçıların çıxışları ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 İyul 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri