Icma.az
close
up
RU
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür

Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür.

Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistan Sovet Sosialist Respublikasının Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. Həmin ilin oktyabr ayının sonlarında qardaşı ilə birlikdə Gədəbəy rayonuna aparılıb. 1989-cu il dekabrın 30-dək bu rayonda yaşayıb. Burada N.K. Krupskaya adına Gədəbəy qəsəbə orta məktəbində, indiki İlham Əliyev adına Gədəbəy şəhər 1 saylı tam orta məktəb oxuyub. Üç aydan sonra Bakıya - Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki yeni evlərinə qayıdıb və 100 nömrəli orta məktəbin 1-ci sinfində təhsilini davam etdirib.

1999-cu ildə orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.

2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. Ömrünün sonuna – şəhidlik zirvəsinə ucalanadək AZƏRTAC-da işləyib. İşlədiyi müddətdə AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. O, həmçinin "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi yubiley" medalı ilə də təltif edilib.

Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə keçirdiyi Azərbaycan Ordusunun 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik" mövzusundakı yazı müsabiqəsində 1-ci yerə layiq görülüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif edilib.

Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 144 illik yubileyi münasibətilə ictimai-təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə təltif olunub.

Dəfələrlə bir çox yazı müsabiqələrinin qalibi olan M.İbrahimov, hərbi jurnalistlər üçün təşkil edilən təlimlərdə fərqləndiyinə, eləcə də çalışdığı qurumların fəaliyyətinin işıqlandırılmasında yüksək peşəkarlıq göstərdiyinə görə diplom, fəxri fərman və plaketlərə layiq görülüb.

Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olan, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm hərbi jurnalist kimi topladığı zəngin təcrübəni həvəslə digərləri ilə bölüşüb.

Respublikamızda peşəkar hərbi jurnalist kimi tanınan Məhərrəm İbrahimov bu sahəni dərindən bilən şəxs kimi bir çox tədbirlərdə iştirak edib, bilik və təcrübələri bölüşüb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün təşkil olunan "Silahlı münaqişələrdə medianın rolu" mövzusunda seminarda Məhərrəm İbrahimov silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, informasiya qarşıdurmasının əhəmiyyəti, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla media nümayəndələri arasında qarşılıqlı əlaqələr və birgə fəaliyyətlərin təşkili, o cümlədən dezinformasiya və feyk xəbərlərin psixoloji təsiri ilə bağlı mühazirə oxuyub. Ali Hərbi Məktəbin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ" markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.

M.İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.

Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəli idi, iki övladı yadigar qalıb.

Binəqədi rayonunda küçələrdən birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Aprel 2026 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri