Icma.az
close
up
RU
Məhərrəmlikdə nə olar, nə olmaz?

Məhərrəmlikdə nə olar, nə olmaz?

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Məhərrəm ayı haram aylardan sayılır və bu ayda yalnız müharibə edilməsi qadağandır. Sadəcə olaraq, biz Məhərrəm ayını İmam Hüseynin və onunla birgə olanların şəhadətinə görə dərin ehtiramla keçiririk”.
Bu sözləri Yeniavaz.com-la söhbəti zamanı Heydər məscidinin axundu Hacı Rüfət Qarayev deyib.
Axundun sözlərinə görə, ümumilikdə Məhərrəm və Səfər aylarında insanlar digər aylardakı həyat tərzindən bir az fərqli yaşayırlar, bu ayların ehtiramını saxlayırlar. Bəzən suallar ünvanlanır ki, bu aylarda qurban kəsmək olarmı, olmazmı? Bunların Məhərrəmliklə heç bir əlaqəsi yoxdur”.
Məhərrəm ayında ad günü şənliyi qeyd etmək, belə şənliklərə qatılmaq, tv izləmək, musiqi dinləmək və s. bu qəbildən olan şeyləri etmək olarmı?
Hacı Rüfət Qarayev bildirir ki, bu çox şaxəli məsələdir, əslində bunlar özü-özlüyündə doğrudursa, əlbəttə haram, günah deyil:
“Məsələn, bir ad günü şənliyi öz axarından çıxırsa, çalğı ilə, musiqi ilə, fişəng atmaqla və s. keçirilirsə, bu, doğru deyil. Bu ayın hörməti, ağırlığı var. Əgər biz öz əzizimiz dünyasnı dəyişəndə necə ehtiram olaraq onun ruhuna Quran oxutdurub, dua edib, ehsan veririksə, bu günlərdə də eynisini edə bilərik. Çünki Peyğəmbərimizdən hədis var: “Məni özünüzdən, ata-ananızdan, övladınızdan, var-dövlətinizdən, hər şeyinizdən artıq sevmədikcə həqiqi iman etmiş olmazsınız”. Bu ayların ehtiramını saxlayanlar iman sahibləridir. Bu baxımdan Allahın Rəsulu (s.a.s) buyur ki, Hüseyn məndəndi, mən də Hüseyndənəm. Əgər İmam Hüseyn adına süfrə açılıb orada bir plov bişiriləcəksə, həmin gün uşağın da doğum günüdürsə, burda heç bir problem yoxdur. Onsuz da normalda da, bir toyda, məclisdə spirtli içki varsa, o, haramdır. Kişi və qadın olan bir yerdə istənilən formada normativlər qalxırsa, şəriətin ölçüləri qalxırsa, bu, haramdır. Bu, istər Məhərrəm ayında olsun, istər başqa aylarda”.

Axund deyir ki, siz Allah qatında məqamınızı bilmək istəyirsinizsə, Allahın sizin yanınızda, qəlbinizdə məqamına baxın:
“Biz insanlar Allahın dininə, İslama nə qədər dəyər veririksə, o qədər də Allah qatında dəyərli olmuş oluruq. Əslində ayların hamısı eynidi, ayı dəyərli edən həmin ayda olan ağır hadisələrin olmasıdır. İmam Hüseyn və 72 şəhid, xüsusilə, onlar arasında Azərbaycandan da olan iki şəhidin olması ruhaniyyətlərinə olan ehtiramdı. Məsələn, biz necə Xocalı hadisəsinin il dönümü günü toy, şənlik etmiriksə, bu günlər də daha ağır, dərin faciədir. Bütün bəşəriyyətə, insanlığa verilən şəhidlik məktəbidir. Bu gün seyid Mübariz İbrahimov Azərbaycan uğrunda şəhid olubsa, onun seyidliyi İmam Hüseyndən gələn bir silsilədir. Mübariz oradan öyrənmişdi o şəhidliyi ki, vətən uğrunda fədakarlıq göstərdi. Biz övladlarımıza Məhərrəm ayında İmam Hüseyni, Kərbəlanı, şəhidliyin nə olduğunu anlatsaq, təbii ki, onlar da Vətənini sevən insan kimi yetişəcəklər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri