Icma.az
close
up
RU
Məhkəmə Qəddafiyə bəraət verdi

Məhkəmə Qəddafiyə bəraət verdi

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi dini “Əməl” hərəkatının banisi Musa Sədrin yoxa çıxması ilə bağlı 10 illik həbsdən sonra azad edilib.

Teleqraf xəbər verir ki, “İsrailə qarşı müqavimətin simvolu” olan iranəsilli livanlı din adamı 47 il əvvəl Liviyada yoxa çıxıb.

Livan məhkəməsi Qəddafinin girov müqabilində azadlığa buraxılmasına qərar verib, ilkin olaraq bu məbləğ 11 milyon dollar olub, sonradan 896 min dollara endirilib.

“Asharq al-Awsat” yazıb ki, onun ölkədən çıxışına qoyulan qadağanın ləğvi barədə də göstəriş verilib və Qəddafinin oğlu girovu ödədikdən dərhal sonra Livanı tərk edə biləcək. Qeyd olunub ki, hakimin qərarı heç bir əsaslandırma tələb etmir, yekundur və heç kim ona etiraz edə və ya mane ola bilməz.

Qəzetin məlumatına görə, hökm Liviyanın mərhum liderinin oğlunun Beyrutda iki vəkilinin iştirakı ilə iki saatlıq sorğu-sualdan sonra çıxarılıb.

Hannibal Qəddafinin özü dəfələrlə nə üçün həbs edildiyini, Sədrin yoxa çıxması ilə heç bir əlaqəsinin olmadığını söyləsə də, Livan məhkəməsi ona inanmırdı. Vəkili də indiyədək məsələ ilə əlaqədar heç bir əsaslı faktın ortaya qoyulmadığını və müvəkkilinin məhkəmə qərarı olmadan 10 ildir həbsdə olduğunu bildirib.

Qeyd edək ki, Musa Sədr 1928-ci ildə anadan olmuş Livanlı din xadimi və siyasi lider olub. 1970-ci illərdə Livanda aktiv siyasi rol oynayıb və Liviyaya səfəri zamanı yoxa çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri