Icma.az
close
up
RU
Məhkəmə: 12 ştat Trampa qarşı iddia qaldırıb

Məhkəmə: 12 ştat Trampa qarşı iddia qaldırıb

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ-nın 12 ştatı prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi yüksək tarifləri dayandırmaq üçün məhkəməyə müraciət edib.
Reyting.az
CNN-ə istinadla bildirir ki, Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu-Meksiko, Nyu-York, Oreqon və Vermont ştatları yüksək tarifləri ləğv etmək üçün qanuni tədbirlərin görülməsinə çalışırlar.
Nyu-Yorkdakı Beynəlxalq Ticarət Məhkəməsində qaldırılan iddiaya görə, Tramp administrasiyasının yüksək tarif siyasəti qeyri-qanunidir və Amerika iqtisadiyyatında xaos yaradır.
Gömrük vergilərinin amerikalılara qeyri-qanuni tətbiq edildiyi iddia olunan petisiyada Tramp administrasiyasının “konstitusiya quruluşunu alt-üst etdiyi” bildirilir və “gömrük rüsumu” praktikasına son qoyulması tələbi irəli sürülür.
Nyu-York baş prokuroru Letitia Ceyms deyib ki, Donald Tramp qiymətləri və yaşayış minimumunu aşağı salmağa söz versə də, qeyri-qanuni tariflər Amerika ailələrinə əks təsir göstərəcək.
Ceyms tariflərin qeyri-qanuni olduğunu və dayandırılmadığı təqdirdə daha çox inflyasiya, işsizlik və iqtisadi itkilərə səbəb olacağını iddia edib.
Xatırladaq ki, Kaliforniya ştatı keçən həftə Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldıraraq, administrasiyanın tarifləri tətbiq etmək səlahiyyətinin olmadığını və bu vergilərin Kaliforniyaya düzəlməz ziyan vuracağını iddia edib.
Beynəlxalq Ticarət Məhkəməsində qaldırılan iddia, eyni zamanda bu ayın əvvəlində dayandırılmış dünya miqyasında qarşılıqlı tarifləri dayandırmaq üçün məhkəmə qərarı tələb edir.
Onu da xatırladaq ki, prezident Donald Tramp aprelin 2-də ABŞ-nın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini açıqlayıb və ölkədən asılı olaraq fərqli olan əsas tarif dərəcələri və gömrük rüsumları dərəcələrini müəyyən edib.
ABŞ-nın tarif artımına reaksiya verən Çinə tarifləri 145 faizə yüksəldən Tramp, digər ticarət tərəfdaşları üçün əlavə tariflərin 90 gün müddətinə dayandırıldığını açıqlayıb.
Y. QACAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri