Məhkəmə bitdi, Alsu təfərrüatları açıqlamamaq üçün sənəd imzaladı
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün müğənni Alsu keçmiş əri, 47 yaşlı iş adamı Yan Abramovla bir ilə yaxın davam edən əmlak bölgüsü işini başa çatdırıb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bəzi məlumatlara görə, mübahisənin predmeti dəyəri 10 milyard rubldan çox olan sərvət olub.
Əmlak siyahısına Rusiyada və xaricdə dəbdəbəli evlər, avtomobillər, şirkətlərdəki səhmlər, qiymətli kağızlar və digər əhəmiyyətli investisiyalar daxil edilib.
Əvvəlcə Abramov müğənniyə təxminən 2,5 milyard rubl məbləğində təzminat təklif edib, lakin Alsu bu təklifi qəti şəkildə rədd edib.
Nəhayət, bir neçə aylıq proseslərdən sonra Alsu bütün iddia və şikayətləri tamamilə geri götürərək məsələni rəsmi şəkildə sonlandırıb.
Hüquqşünasların sözlərinə görə, keçmiş ər-arvad arasında təfərrüatları açıqlanmayan notariat qaydasında təsdiq edilmiş razılıq əldə olunub. Hər iki tərəf əməliyyatın şərtləri ilə bağlı məlumatın açıqlanmaması haqqında bənd imzalayıb.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 28 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















