Icma.az
close
up
RU
Sadəcə pula ehtiyacım olduğu üçün... MƏHKƏMƏ

Sadəcə pula ehtiyacım olduğu üçün... MƏHKƏMƏ

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Sabunçu rayonunda 1974-cü il təvəllüdlü Novruz tanışı Natiqin həyat yoldaşı Qəmər Qüdrət qızına qarşı dələduzluq edib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Sabirabad rayon sakini Novruz tanışı Natiqin oğlu Nicatın barəsində Sabunçu Rayon Məhkəməsində olan cinayət işi üzrə cəzasının yüngülləşdirilməsinə köməklik edəcəyini vəd edib. 
Belə ki, o, Nicatın ittiham olunduğu Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsindən həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verərək aldadıb. 
Natiq də bu məsələni həyat yoldaşına danışıb. Qadında oğlunun azadlığa çıxması üçün pul və qızıllarını əri vasitəsi ilə dələduzluq əməli törədən şəxsə çatdırıb.
Bununla təqsirləndirilən şəxs zərərçəkmişdən ümumilikdə 1800 manatı alıb ələ keçirib və zərərçəkmiş şəxsə maddi ziyan vurub. 
Hadisəni törədən Novruzun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Natiq ilə ortaq tanışları vasitəsilə tanış olub: “2023-cü ilin dekabr ayının əvvəllərində Natiq zəng vurdu və oğlu Nicatın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Sabunçu polis əməkdaşları tərəfindən tutulduğunu, barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə cinayət işi aparıldığını bildirdi. O, məndən məhkəmədə köməklik göstərmək olarmı deyə maraqlanmağımı xahiş etdi. Həmin vaxt maraqlanaraq bir söz deyəcəyimi bildirdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən bir iki saat sonra Natiqə zəng vurub: “Bu barədə tanışlarımdan maraqlandığımı, məhkəmədə oğlu  Nicatın maddəsini Cinayət Məvəlləsinin 234.1-ci maddəyə tövsif olunmasına və onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması barədə qərar çıxarılmasına köməklik göstərə biləcəyimi, bunun üçün isə 1800 manat pul lazım olduğunu dedim. Natiq də mənimlə razılaşdı. Əslində isə bu barədə heç kəslə maraqlanmamışdım. Sadəcə pula ehtiyacım olduğu üçün özüm Natiqə bu cür dedim”. 
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Natiq onun bank kart hesabına hissə-hissə olmaqla ümumilikdə 1300 manat göndərib: “2024-cü ilin yanvar ayında isə onunla Bakı İstintaq Təcridxanasının qarşısında görüşən zaman Natiq mənə qalan 500 manatı verdi. Həmin vaxt Natiqə  narahat olmamasını, oğlu Nicatın işini danışdığımı bildirdim və ondan ayrıldım. Mən bu işlə bağlı heç bir köməklik edə bilmədim. Natiqdən aldığım pulları isə öz şəxsi ehtiyaclarım üçün xərclədiyimdən, onun pulunu geri qaytara bilmədim”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Novruz 2 ay 29 gün müddətə azadlıqdan məhrum edib. 
Fariz Məlikli
Demokrat.az

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri