Məhkəmə sertifikasiyadan kəsilən müəllimin tələbini RƏDD ETDİ
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini rədd edib.
Modern.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ildə keçirilmiş sertifikasiya prosesində iştirak etmiş, amma imtahanın nəticəsi ilə razılaşmayan bəzi müəllimlərin məhkəmələrdə qaldırdıqları iddialar təmin edilməyib.
Təkrar sertifikatlaşdırmada uğurlu nəticə əldə etmədiyi üçün əmək müqaviləsinə xitam verilmiş Qazax rayonu Aslanbəyli kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Məmmədova Rəfiqə Səməd qızının təkrar sertifikatlaşdırmanının nəticələrinin ona aid hissədə ləğv edilməsi barədə iddia tələbi Gəncə İnzibati Məhkəməsinin qərarı ilə rədd edilib.
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib.
Məlumatı saytımıza açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən təsdiq ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















