“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılıb FƏRMAN
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Prezident İlham Əliyev “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb.
Moderator.az-ın xəbərinə görə, Fərmanda deyilir ki, məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və operativliyin artırılması ədalət mühakiməsinin həyata keçirilməsi, həmçinin təhqiqat və ibtidai istintaq zamanı obyektiv rəylərin təqdim edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müasir texnologiyaların tətbiqi obyektiv, hərtərəfli və ətraflı məhkəmə ekspertizası tədqiqatlarının aparılmasında, yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasında olduqca vacibdir.
Fərmana əsasən, dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi məqsədilə “Məhkəmə Ekspertizası” informasiya sistemi (bundan sonra – Sistem) yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 04 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















