Məhkəmə Ekspertizası Mərkəzinin akkreditasiyası yeniləndi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türk Akkreditasiya Qurumunun (TÜRKAK) İdarə Heyətinin 22 dekabr 2025-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin akkreditasiyası yenilənib.
“Qafqazinfo” xəbər verir ki, qərar mərkəzdə aparılan tədqiqatlarda istifadə edilən metodların standartlaşdırılması və ISO/IEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üzrə ümumi şərtlər” standartına görə akkreditasiyası prosesinin davamı olaraq audit heyətinin yekun rəyinə əsasən verilib.
2012-ci ildən etibarən həyata keçirilən bu proses çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin keyfiyyət idarəetmə sisteminin işləkliyi təmin olunub. Tədqiqatların aparıldığı laboratoriyaların işinin standartın tələblərinə uyğunlaşdırılması, texniki təminat məsələlərinin mütəmadi olaraq təkmilləşdirilməsi, ekspertlərin peşəkar yetərliliyinin təmin edilməsi və beynəlxalq təcrübənin öyrənilməsi yolu ilə keyfiyyətin yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Hazırda Mərkəzdə ballistik, trasoloji (o cümlədən daktiloskopik), əlyazmaların və sənədlərin texniki ekspertizaları sahəsində 6 ekspert ixtisası üzrə 16 tədqiqat metodu İSO 17025 standartına uyğun akkreditə olunub və beynəlxalq səviyyədə tanınır. Mərkəzdə digər tədqiqat metodlarının da standartlaşdırılması və akkreditasiya tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 25 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















