Icma.az
close
up
RU
Məhkəmə günahsız həbsdə qalan vətəndaşa təzminat kəsdi

Məhkəmə günahsız həbsdə qalan vətəndaşa təzminat kəsdi

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Törətmədiyi qətl hadisəsinə görə 4 il həbsdə saxlanandan sonra bəraət alan Polad İsmayılov bu müddətdə ona və ailəsinə dəymiş maddi və mənəvi ziyan üçün təzminat tələb edir. Suçsuz olduğu halda, illərlə həm özünə, həm də yaxınlarına zərbə vurulduğunu deyən P.İsmayılovun sözlərinə görə, ailənin tək gəlir gətirəni o olub.

Həbsindən öncə “Mega Trans” MMC-də sürücü çalışan P.İsmayılov ayda iki dəfə xarici ölkələrdən yük daşıyır və, dediyinə görə, həm də ət satırmış. Hesablayıb ki, həbsdə qaldığı 3 il 10 ay ərzində 78 min manatdan çox qazancını itirib.

Gununsesi.info xəbər verir ki, kompensasiya tələbiylə məhkəməyə müraciətində ona dəymiş maddi ziyana görə 78 min 200 manat, mənəvi ziyana görə də 100 min manat təzminat tələb edib.

İddia ərizəsində cavabdeh qismində Maliyyə Nazirliyi göstərilib. Bunu da belə əsaslandırıb ki, ona dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan dəyib və kompensasiya ödənilməlidir. Dövlətin maliyyə siyasətini müəyyənləşdirən orqan da Maliyyə Nazirliyidir.

Maliyyə Nazirliyinin nümayəndəsi isə buna etiraz edib: “Maliyyə Nazirliyi tərəfindən Polad İsmayılova qarşı onun hüquq və azadlıqlarını pozan, maddi və mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə yol verilməyib. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz”.

Gəncə şəhər Məhkəməsi P.İsmayılovun iddiasını qismən təmin edib. Ona həbsdə saxlandığı hər ay üçün mənəvi ziyana görə min manatdan hesablanmaqla (46 ay üçün) 46 min manat, maddi ziyanın əvəzi olaraq da 13 min 240 manat kompensasiya kəsilib.

Bu qərardan həm P.İsmayılov, həm də Maliyyə Nazirliyi narazı qalıb

Şikayətçi P.İsmayılov iddiasının tam təmin olunmasını istəyib və Ali Məhkəmə Plenumunun REAL Partiyasının keçmiş sədri İlqar Məmmədovla bağlı kompensasiya qərarını yada salıb: “İlqar Məmmədovun işi üzrə Ali Məhkəmə Plenumunun 23 aprel 2020-ci il tarixli qərarında 5 il 6 ay 9 gün həbsdə saxlanmasına görə ona mənəvi ziyanla bağlı 234 min manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edib. Bu üzdən, dörd ilə yaxın müddətə azadlıqdan məhrum edilməyə görə dəymiş ziyan miqdarının 100 min manat müəyyən edilməsi kifayət qədər əsaslıdır”.

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri