Məhkəmə Gürcüstanın sabiq müdafiə nazirinə hökm oxuyub
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesində qərar çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə "TV Pirveli" televiziya kanalı məlumat yayıb.
Belə ki, İ.Okruaşvili 20 min lari (təxminən 13 min manat - red.) girov müqabilində sərbəst buraxılıb. Bununla belə, məhkəmə araşdırması bitənə qədər onun Gürcüstan sərhədlərini keçməsi qadağandır.
Xatırladaq ki, Gürcüstan parlamentinin xüsusi istintaq komissiyası 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətini araşdırır. Komissiya bu ilin fevralından işinə başlayıb və artıq iş adamları, keçmiş hərbçilər və məmurların ifadələri alınıb. Ötən gündən komissiyanın mandatı genişləndirilib. Araşdırma dövrü yalnız 2003-2012-ci illəri deyil, həmçinin 2003-cü ildən bu günədək olan müddəti də əhatə edəcək.
Qeyd edək ki, İ.Okruaşvili Gürcüstanın müdafiə naziri vəzifəsini 2004-2006-cı illərdə tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 08 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















