Icma.az
close
up
RU
Məhkəmə keçmiş prezidentə həbs və ömürlük dövlət vəzifəsində işləməmək cəzas verilib

Məhkəmə keçmiş prezidentə həbs və ömürlük dövlət vəzifəsində işləməmək cəzas verilib

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Argentinanın keçmiş prezidenti Kristina Fernandez de Kirşnerə korrupsiya ilə bağlı verilən 6 il həbs cəzası və ömürlük dövlət vəzifəsində işləmək qadağanı Ali Məhkəmə tərəfindən yekdilliklə təsdiq edilib.

Bizimyol.info xəbər verir ki, Argentina Ali Məhkəməsi keçmiş prezident Kristina Fernandes de Kirşnerin vəkillərinin apellyasiya şikayətini yekdilliklə rədd edib və korrupsiya işi üzrə keçmiş prezidentə verilən 6 il həbs cəzasını qüvvədə saxlayıb.

Həm də ömürlük dövlət vəzifəsində işləmək qadağan edilmiş 72 yaşlı Kirşner bu qərarı “siyasi və məhkəmə cadugər ovu” kimi qiymətləndirib.

Argentina prezidenti Xavier Milei isə "X" sosial media platformasında verdiyi paylaşımda qərarı alqışladığını və toxunulmazlıq dövrünün bitdiyini bildirib.

Bu arada paytaxt Buenos Ayres başda olmaqla bir çox şəhərdə onlarla Kirşner tərəfdarı toplaşaraq qərara etiraz edib və keçmiş prezidenti dəstəkləyib.

Argentina mətbuatında yer alan xəbərlərə görə, Kirşner cəzasını evdə tamamlaya bilər və son qərarı yerli məhkəmə verəcək. 2007-2015-ci illərdə ölkəyə rəhbərlik etmiş Kirşner ona qarşı korrupsiya ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hakim Xorxe Qorininin oxuduğu hökmdə 2007-2015-ci illərdə ölkəyə rəhbərlik etmiş Kirşner Santa Kruz əyalətində yol tikintisi tenderlərini qanunsuz olaraq biznesmen Lazaro Baezə verməkdə təqsirli bilinib.

Bu, Argentina tarixində ilk dəfə idi ki, vəzifədə olan vitse-prezident korrupsiyaya görə mühakimə olunub və məhkum edilib.

Ona qarşı açılan korrupsiya işlərini siyasi təzyiq kimi qiymətləndirən və ittihamları rədd edən Kirşner 2022-ci il noyabrın 29-da son müdafiə iclasında cəzasının artıq hazır olduğunu bildirərək, məhkəməni “atəş heyəti” ilə müqayisə edib.

Kirşnerin 12 il həbs cəzası tələbi ilə mühakimə olunduğu "Yollar İdarəsi məhkəməsi" 2019-cu ilin mayında başlayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 İyun 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see249

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see239

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see233

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see205

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see172

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see155

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see153

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see147

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see145

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see145

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see143

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see140

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see133

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see132

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see132

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see132

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri