Icma.az
close
up
RU
Məhkəmə mağazada qiymətlərdən narazılıq edən müştərini döyən şəxslə bağlı qərarı açıqladı

Məhkəmə mağazada qiymətlərdən narazılıq edən müştərini döyən şəxslə bağlı qərarı açıqladı

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sabir Salahovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 14 iyul 2022-ci il tarixdə, saat 11 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən meyvə-tərəvəz mağazasında qeydə alınıb.

Belə ki, Sabir Səfərov satıcı işlədiyi mağazada olarkən ora müştəri qismində zərərçəkmiş Mikayıl Hacıyev (soyadı şərti) gəlib. Zərərçəkmiş ondan piştaxtaya düzülmüş müxtəlif çeşiddə olan meyvələrin qiymətlərini soruşub. O, qiymətləri deyəndən sonra Mikayıl narazılıq edib. Sabir ona “nə problem yaradırsan, endirimlə mən məşğul olmuram, sənə xidmət etməyəcəm” kimi sözlər deyib. Daha sonra təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə mübahisə yaradıb, zərərçəkmişi nalayiq ifadələrlə təhqir edib, baş və yumruq zərbəsi ilə qəsdən onun sifət nahiyəsindən vuraraq, Mikayıla xəsarət yetirib.

Hadisədən sonra Mikayıl Hacıyev cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilib və Sabir Salahov məhkəmə iclas zalından həbs edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 Aprel 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see131

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see127

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri