Icma.az
close
up
RU
Şeyx İrəvanda hakimiyyəti “dəyişir”

Şeyx İrəvanda hakimiyyəti “dəyişir”

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nikol Paşinyanın son açıqlamalarından sonra erməni kilsəsi ilə Ermənistanın baş naziri arasında münasibətlər kəskinləşib. Gərginliyin səbəbi kilsənin ictimai-siyasi proseslərdə fəal iştirakı olub ki, Paşinyan bunu dünyəvi işlərə müdaxilə və kilsənin faktiki olaraq “müxalifət institutuna çevrilməsi” kimi şərh edib.

Paşinyanın ritorikası kilsə dairələrinin kəskin rəddinə səbəb olub. Kilsə iyerarxları, o cümlədən Quqark, Sünik və Tavuş yeparxiyalarının rəhbərləri bunu bütün erməni Apostol kilsəsinə təhqir hesab ediblər.

Məlumdur ki, onun Paşinyanla çoxdankı və barışmaz fikir ayrılıqları var və o, bundan əvvəl baş naziri könüllü istefaya çağırıb. Paşinyanla kilsə arasındakı qarşıdurmaya siyasi müxalifət də qoşulub. Rusiya təbliğatının ruporu olan “Sputnik Armenia” bu məsələ ilə bağlı müxalifəti təmsil edən deputat Ayk Mamicanyanın açıqlamalarını dərc edib. Erməni deputat bu mövzuda gözlənilmədən Şeyxülislam Allahşükür Paşazadənin adını hallandırıb. Mamicanyan iddia edib ki, “Paşinyan Paşazadənin erməni kilsəsinə qarşı başlatdığı kampaniyaya” dəstək verir.

Rusiyanın “Sputnik Armenia” qeyd edir ki, “Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadə bir müddət əvvəl bildirmişdi ki, erməni ziyarətgahları, o cümlədən 1700 illik tarixi olan "müqəddəs Eçmiədzin kilsəsi" “tarixi Azərbaycan torpaqları”nda yerləşir və erməni Apostol kilsəsi region ölkələri üçün təhlükə yaradır".

Ermənistandakı rusiyapərəst müxalifət, o cümlədən ona dəstək verən Rusiya media resursları hər imkandan, o cümlədən hökumət-kilsə gərginliyindən Paşinyana qarşı istifadə etməyə çalışır və bu işdə hətta Allahşükür Paşazadənin də adını hallandırırlar.

Qeyd edək ki, Ermənistanın dini lideri ilə Şeyx bir neçə dəfə görüşüb. Şeyxin dediyinə görə, İkinci Qarabağ savaşından sonra da Qareginin apardığı revanşizm siyasəti, müharibəyə çağırışı, erməniləri qarşıdurmaya səsləməsi səbəbindən onunla yeni görüş mümkün deyil: “Gələcəkdə həyatı başa düşəndən sonra, top-tüfənglə deyil, danışıq yolu ilə gəlib yaxınlaşacaqsa, biz də onunla danışıq yolu ilə bu işləri görə bilərik”.

İndiki şəraitdə kilsə ilə Ermənistan hökuməti arasında kəskinləşən münaqişənin, mənəvi qınaqların və teoloji iddiaların birbaşa siyasi hesablamalarla iç-içə olduğu, siyasi qarşıdurmaya çevrildiyi göz qabağındadır. Görünən odur ki, müxalifət qüvvələri bu vəziyyətdən istifadə edərək, yepiskop Qalstanyan fiqurundan Paşinyana ictimai müqavimətin yeni simvolu kimi istifadə edərək küçə etirazları təşkil etmək niyyətindədirlər.

Azər Badamov

Milli Məclisin üzvü Azər Badamov “Yeni Müsavat”a açıqlamasında kilsənin bu fəaliyyətinin Ermənistanı ancaq məhvə apardığını söylədi: “Ermənistan kilsəsi tarixən azərbaycanlı və ermənilər arasında ədavət və nifaqın salınmasına, münaqişələrin qızışdırılmasına xidmət edib. O cümlədən Ermənistan hakimiyyətini təzyiq altında saxlamış və kilsənin əlatısına çevirərək idarə etmişdi. Kilsə həm də hakimiyyətləri devirməklə  müəyyən mənfur planların icraçısı rolunu oynayıb. Amma Nikol Paşinyanın hakimiyyətə gəlməsi və Ermənistanda dövləti dindən ayırmaqla dünyəvi dövlətin qurulması istiqamətində atdığı addımlar kilsənin uzun illər ərzində apardığı çirkin siyasətə qarşı oldu. Ona görə də hakimiyyətə gəldiyi ilk gündən kilsə Paşinyana qarşı çıxmış və onun siyasətini dəstəkləməyib. Kilsənin apardığı siyasət əsasən Azərbaycan torpaqlarını işğal etmək, mifik Ermənistan yaratmaq xəyalları ilə insanları ancaq uçuruma yuvarlatmaqla bağlı olub. Paşinyan və onun komandası hakimiyyətə gələndən sonra kilsənin gəlirləri ilə maraqlanması və vergiyə cəlb edilməsi ilə bağlı səsləndirdiyi fikirlər Qaraginlərin xoşuna gəlməmişdi. Çünki onlar kilsədən həm də böyük pulların yuyulması üçün istifadə edir. Ona görə də torpaqların delimitasiyasına başlandığı dövrdə kilsənin ssenarisi üzrə Paşinyanı devirmək üçün Baqrat Srbazanın rəhbərliyi altında uzun sürən etiraz aksiyalarına başlanıldı. Amma kilsə bu aksiyaları kütləviləşdirə bilmədi və qışqırıb yorulandan sonra biabırcasına sakitləşməli oldu. Mətbuatda ermənilərin katolikosu II Qareginin İsveçrədə qondarma "artsax"a həsr olunmuş beynəlxalq konfransdan İrəvana qayıdıb ali ruhanilərin toplantısında  Paşinyan hökumətinin kilsəyə qarşı başlatdığı kampaniyanı müzakirə edəcəyi bildirilir. O cümlədən kilsənin yenidən ruhanilərin rəhbərliyi ilə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün etiraz aksiyalarına başlayacağı gözlənilir. Bu, erməni kilsəsinin sülhdən uzaq olduğunu və xarici qüvvələr tərəfindən idarə olunaraq Ermənistanda vəziyyəti gərginləşdirmək istiqamətində yenidən hərəkətə keçməsi deməkdir".

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov hesab edir ki, Paşinyan və kilsə arasında qarşıdurma bundan sonra daha da kəskinləşəcək: “Paşinyanla erməni kilsəsi arasında olan münasibətlərdəki gərginlik yeni deyil və artıq uzun müddətdir ki, davam edir. Xüsusilə də Rusiya tərəfindən anti-Paşinyan kampaniyasına start verilməsi ilə bu gərginlik açıq müstəviyə keçib. Ermənistan müxalifətinin Paşinyan qarşısında zəifliyini görən və kilsənin ictimai təsir imkanlarını nəzərə alan Rusiyanın müxalifətə dəstək məqsədilə kilsəni hərəkətə keçirdiyi hər kəs üçün aydın olan həqiqətdir. Qalstanyanın başlatdığı və Rusiyaya bağlı olan Köçəryan-Sərkisyan cütlüyünün də dəstəklədiyi etiraz aksiyaları bunun bariz sübutudur.

Paşinyan da sifarişin haradan gəldiyini bildiyi üçün və eləcə də kütlənin kilsənin təsiri altına düşməməsi üçün zaman-zaman kilsə ilə bağlı olan neqativ məsələləri ictimailəşdirərək onların nüfuzunu baltalayan mövqe sərgiləmək məcburiyyətində qalıb. Bir müddət əvvəl kilsəyə toplanan vəsaitlərin ayrı-ayrı şəxslərin ciblərinə axdığını deyən və kilsə rəhbərlərini korrupsiyada ittiham edən Paşinyan üçün xüsusilə indiki mərhələdə kilsəni neytrallaşdırmaq və siyasi proseslərdən uzaqlaşdırmaq olduqca vacibdir. Çünki qarşıda Paşinyan və komandası üçün olduqca vacib seçkilər var və bu seçkilərdə kilsənin müxalifətlə birgə hərəkət edəcəyi şübhəsizdir. Odur ki, biz seçki dövründə Paşinyan və kilsə arasında qarşıdurmanın daha da kəskinləşəcəyini görəcəyik, hətta kilsənin ayrı-ayrı rəhbərlərinə qarşı cinayət işlərinin qaldırılması da mümkündür. Erməni müxalifətinin bu qarşıdurmada kilsənin yanında olmasının da əslində dinlə bir bağlılığı yoxdur. Hər şey eyni mərkəzdən gələn sifarişlərlə bağlıdır. Erməni ictimai rəyində antitürk ovqatının üstünlük təşkil etdiyini bilən müxaliflər zaman-zaman Paşinyanı Azərbaycan casusu adlandırdıqları kimi, indi də Allahşükür Paşazadənin II Qaregin və erməni Apostol kilsəsi haqqında dediklərinə istinad edərək Paşinyan və Paşazadənin eyni mövqedən çıxış etməsi ilə bağlı ictimai rəy formalaşdırmağa çalışırlar. Paşinyan hakimiyyəti və kilsə arasındakı gərginliyin nə ilə sonlanacağını təbii ki, zaman göstərəcək. Amma istənilən halda hadisələrin bu şəkildə gedişi qarşıdakı dönəmdə Ermənistanı daha çətin günlərin və qarşıdurmanın gözlədiyini deməyə əsas verir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyun 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri