Məhkəmə polkovniklə bağlı QƏRAR VERDİ
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəis müavini, polkovnik Oktay Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, məhkəmə araşdırması zamanı zərərçəkmiş kimi tanınan mayor Ruhin Tağıyevə dəymiş 30 min manat məbləğində ziyan tam şəkildə ödənilib.
Bununla da tərəflər arasında yaranmış mübahisənin əsas predmeti olan pul məsələsi öz həllini tapıb.
Xatırladaq ki, dövlət ittihamçısı əvvəlki məhkəmə iclaslarından birində Oktay Babayevə 3 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Zərərçəkmiş Ruhin Tağıyev isə məhkəmədə ziyanın tam ödəniləcəyi təqdirdə Babayevlə barışmağa hazır olduğunu bildirib.
İş üzrə Oktay Babayev Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə – qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunub. Babayev isə ona qarşı irəli sürülən ittihamı qəbul etməyib.
Mübahisənin səbəbi nə olub?
İttihama əsasən, Ruhin Tağıyev xidmətdə saxlanılması və sərəncama göndərilməməsi ilə bağlı məsələdə köməklik göstərilməsi məqsədilə Oktay Babayevə 30 min manat verib.
Tağıyev məhkəmədə həmin pulu Zaur adlı şəxsin iştirakı ilə verdiyini və vəsaiti borc götürərək ödədiyini bildirib.
Lakin sonradan Tağıyev özü korrupsiya ittihamı ilə həbs olunub. Bundan sonra 30 min manatlıq pul məsələsi hüquq-mühafizə orqanlarının araşdırmasının predmetinə çevrilib və Babayev barəsində cinayət işi başlanıb.
Beləliklə, məhkəmə mübahisəsinin əsasını 30 min manatın hansı məqsədlə verilməsi və bu vəsaitin qaytarılması məsələsi təşkil edib.
Qeyd edək ki, Ruhin Tağıyev özü də başqa cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində mühakimə olunur.
Elcan Musalı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 23 Sentyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















