Məhkəmə Köçəryanla bağlı QƏRAR VERDİ
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkillərinin verdiyi vəsatəti rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Aram Orbelyan məlumat verib.
"Məhkəmənin qərarı daha əvvəlki analoji vəsatətlərdə olduğu kimi, eyni əsaslarla çıxarıldı. Şikayətimizə obyektiv və əsaslı baxılmadan, sadəcə formal əsaslandırmalar təqdim olunur", - deyə o bildirib.
Robert Köçəryan avqustun 25-də xidməti mövqeyindən sui-istifadə edərək böyük məbləğdə əmlakı dəyərindən ucuz qiymətə qanunsuz mənimsəmə ittihamı ilə saxlanılıb.
Avqustun 27-də isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda keçmiş prezidentin oğlu da həbsdədir. Cinayət işi çərçivəsində Köçəryanlar ailəsinə məxsus 35 əmlak obyektinin adı keçir, ailəyə aid bir neçə şirkətin fəaliyyəti isə dondurularaq möhürlənib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 14 Oktyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















