Məhkəmə şikayəti təmin etdi İlknur və Aytac pulu necə ödəyəcək?
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhkum edilmiş İlknur Türkutdan pulunu tələb edən zərərçəkmişlər məhkəməyə üz tutub. İlknur və bacısı həbs edilsə də, zərərçəkmiş kimi tanınan şəxslər pullarını ala bilməyiblər. Buna görə də onlar mülki qaydada məhkəməyə müraciət ediblər.
Zərərçəkmişlər ayrı-ayrılıqda rayon məhkəmələrinə mülki qaydada müraciət edərək dəymiş zərərin ödənilməsini tələb ediblər. Məhkəmə mülki iddiaları təmin edib. Lakin zərərin necə ödəniləcəyi məlum deyil…
Məhkəmələrdə özünü qismən təqsirli bilən Aytac və İlknur zərəri qəbul etsələr də, ödənişi ancaq azadlığa çıxdıqdan sonra edə biləcəklərini deyirdilər.
Qeyd edək ki, İlknur bacısı Aytacla birlikdə rüşvət alma, dələduzluq və sənəd saxtalaşdırma cinayətlərinə görə ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il həbs cəzası alıblar.
Bundan sonra İlknur və bacısının daha bir neçə cinayət əməli üzə çıxmışdı. Həmin işlər üzrə ayrıca cinayət işi açılaraq müvafiq məhkəmələrə göndərilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 14 İyul 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















