Icma.az
close
up
RU
Məhkəmə zalından azadlığa buraxıldı: Günahı nə olub?

Məhkəmə zalından azadlığa buraxıldı: Günahı nə olub?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ-də yerləşən Brown Universitetində 2 nəfərin həyatını itirdiyi, 9 nəfərin yaralandığı silahlı hücumla bağlı saxlanılan şübhəlinin dəlillərin yetərsizliyi səbəbilə məhkəmə zalından azadlığa buraxılıb.

"Cebheinfo.az" “CNN”-ə istinadən xəbər verir ki, Rod-Aylend ştatının baş prokuroru Piter Neronha jurnalistlərə verdiyi açıqlamada, ştatın Providence şəhərində yerləşən Brown Universitetində 13 dekabrda baş verən hücumla bağlı aparılan istintaq barədə məlumat verib.

O bildirib ki, hazırda saxlanılan şübhəli ilə bağlı dəlillər yenidən yoxlanılır. Neronha şübhəlinin adının mediada yayılmasını təəssüfverici adlandıraraq, növbəti mərhələdə daha diqqətli olacaqlarını bildirib.

Providence Polis Şefi Oskar Peres isə açıqlamasında, Federal Təhqiqat Bürosu (FTB) əməkdaşlarının daxil olan məlumat əsasında şübhəlini saxladıqlarını, lakin mövcud sübutların məhkəmə üçün yetərli olmadığını deyib.

Providence şəhərinin meri Brett Smiley isə əsas hücum edən şəxsin hələ də tapılmadığını və daha çox video sübuta ehtiyac duyulduğunu bildirib.

Xatırladaq ki, ABŞ-nin Brown Universitetində 13 dekabr axşam saatlarında silahlı hücum baş vermiş və kampusda “aktiv silahlı hücum edən” xəbərdarlığı verilmişdi.

Mer Brett Smiley hücum nəticəsində 2 nəfərin öldüyünü, 9 nəfərin isə yaralandığını açıqlamışdı.Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında hücumda həyatını itirənlər üçün dua etdiyini bildirərək, “FTB hadisə yerindədir və şübhəli saxlanılıb” ifadəsini işlətmişdi.

Polis Şefi Oskar Peres mətbuat brifinqində saxlanılan şəxsin kimliyi barədə hələlik məlumat verməyəcəklərini, onun təhlükəsizlik kameralarında görünən geyimlərlə yaxalandığını və hazırda başqa şübhəlinin axtarılmadığını qeyd etmişdi.

FTB rəsmiləri isə ABŞ mediasına açıqlamalarında, şübhəlinin hadisə yerindən təxminən 32 kilometr uzaqda yerləşən bir oteldə yaxalandığını bildiriblər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see272

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see174

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see170

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see152

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri