Rza Əhmədov məhkəmə zalından azadlığa buraxıldı
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Apelyasiya Məhkəməsi 13 iyul 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən külli miqdarda dələduzluqda ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilmiş "Zövq" MMC-nin direktoru Rza Əhmədovun apelyasiya şikayətinə baxıb.
"Unikal" xəbər verir ki,məhkəmənin qərarı ilə apelyasiya şikayəti təmin edilib və Rza Əhmədov tam bəraət alıb. O, məhkəmə zalıdnan azad edilib.
Bundan əlavə, onun dörd otaqlı mənzilinə tətbiq edilən xüsusi müsadirə və həbs tədbirləri ləğv edilib, əmlakı müsadirədən azad olunub.
Xatırladaq ki, bir neçə il əvvəl Dövlət Sərhəd Xidməti (DSX) Rza Əhmədova qarşı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edib. O vaxt bildirilirdi ki, "Zövq" MMC-nin direktoru 342.000 manat dəyərində tender qazanaraq öhdəliklərini yerinə yetirməyib. Rza Əhmədov və DSX arasında 342.000 manat dəyərində uçuş kostyumlarının təchizatı üçün müqavilə imzalanıb. Geyimlər tikilsə də, GPS onları yararsız olduqlarını əsas gətirərək qəbul etməkdən imtina edib.
Baxış sayı:21
Bu xəbər 25 Noyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















