Icma.az
close
up
RU
Məhkəmə zalından azadlığa çıxan Nadir Əliyevin həbsi tələb edilir

Məhkəmə zalından azadlığa çıxan Nadir Əliyevin həbsi tələb edilir

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Məhsul” stadionunu satmaq istəməkdə təqsirli bilinən stadionun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sabiq sədri Nadir Əliyev barəsindəki hökmdən apellyasiya protesti və apellyasiya şikayətləri verilib.

Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, həm prokuror həm zərərçəkmiş şəxslər hökmdən narazıdırlar.

Bu işi Bakı Ağır Cinayətlər Məhkəməsində Fərid Namazovun sədrlik etdiyi hakimlər araşdırıb. Təqsirləndirilən şəxslər ikisi də xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib. Onların ikisinə də Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilsə də, eyni məcəllənin 70-ci maddəsi (şərti məhkum etmə) yalnız Nadir Əliyevə şamil edilib. Hökmə əsasən, Alik Həsənov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Nadir Əliyev isə məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qanunla nəzərdə tutulandan aşağı həddə cəza təyin edildiyi üçün ittiham tərəfi və zərərçəkmiş şəxslər hökmlə razılaşmır. Tərəflər dəymiş ziyan ödənilmədiyi halda müttəhimlərə yüngül cəza verilməsini qanunauyğun hesab etmirlər. Bu səbəbdən hər biri ayrı-ayrılıqda apellyasiya protesti və apellyasiya şikayətləri verib. Protest və şikayətlərdə Alik Həsənovun cəzasının ağırlaşdırılması, Nadir Əliyevin isə həbs edilməsi, həmçinin onların əmlaklarının satılaraq dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi istənilir.

İşə Bakı Apellyasiya Məhkəməsinə yeni təyin edilmiş hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov “Məhsul” stadionunun ərazisini sata biləcəkləri vədini verərək sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da, təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar. İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

N.Əliyev və A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Noyabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri