Icma.az
close
up
RU
Məhkəmə zalından azadlığa buraxılan sabiq sədrin həbsi tələb edilir

Məhkəmə zalından azadlığa buraxılan sabiq sədrin həbsi tələb edilir

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Məhsul" stadionunu satmaq istəməkdə təqsirli bilinən stadionun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sabiq sədri Nadir Əliyev barəsindəki hökmdən apellyasiya şikayətləri verilib.

"Qafqazinfo"nun məlumatına görə, iş üzrə zərərçəkmiş şəxslər hökmdən narazıdırlar.

Bu işi Bakı Ağır Cinayətlər Məhkəməsində Fərid Namazovun sədrlik etdiyi hakimlər heyəti araşdırıb. Təqsirləndirilən şəxslərin ikisi də xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib. Onların ikisinə də Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilsə də, eyni məcəllənin 70-ci maddəsi (şərti məhkumetmə) yalnız Nadir Əliyevə şamil edilib. Hökmə əsasən, Alik Həsənov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Nadir Əliyev isə məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Zərərçəkmiş şəxslər isə hökmlə razılaşmırlar. Onlar dəymiş ziyan ödənilmədiyi halda müttəhimlərə yüngül cəza verilməsini qanunauyğun hesab etmirlər. Bu səbəbdən hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti verib. Şikayətlərdə Alik Həsənovun cəzasının ağırlaşdırılması, Nadir Əliyevin isə həbs edilməsi, həmçinin onların əmlaklarının satılaraq dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi istənilir.

Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməyib.

Şikayətlər Bakı Apellyasiya Məhkəməsinə yeni təyin edilmiş hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov "Məhsul" stadionunun ərazisini sata biləcəkləri vədini verərək sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da, təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar. İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

N.Əliyev və A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvətverməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvətverməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri