Icma.az
close
up
RU
Məhkəmənin CHP ilə bağlı bu qərarı etiraza səbəb oldu

Məhkəmənin CHP ilə bağlı bu qərarı etiraza səbəb oldu

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə məhkəmənin sabiq deputat Gürsel Tekini Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatına müvəqqəti sədr təyin etməsi və siyasətçinin “Bazarertəsi təşkilatın sədrliyində olacağam” sözləri ciddi müzakirələrə səbəb olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda olan CHP sədri Özgür Özel də həmin qərara sərt münasibət bildirərək “Mənim nümayəndəm Özgür Çelikdir və o öz vəzifəsinin başındadır” deyib, bununla da qərarı qəbul etmədiklərini açıqlayıb.

Daha sonra CHP-nin 81 vilayət üzrə bütün sədrləri İstanbul təşkilatı binasına gələrək, mətbuata birgə bəyanatla Özgür Çelikə dəstək olduqlarını bildiriblər.

Fotoda Özgür Özel

Binanı tərk etməyən Özgür Çeliyə dəstək ziyarətləri davam etdiyi bir vaxtda, Gürsel Tekin ötən gün saat 12:00-da binaya gələcəyini açıqlayıb.

Tekin sosial mediada paylaşdığı videoda Zeki Şen, Hasan Babacan, Müjdat Gürbüz və Erkan Narsapdan ibarət müvəqqəti heyəti “Aslan dostlarım” kimi təqdim edib. Lakin videonun paylaşılmasından dərhal sonra H. Babacan və M. Gürbüz heyətdən ayrıldıqlarını bildiriblər.

G. Tekin isə mətbuata açıqlamasında “Tək qalsam da, bazarertəsi saat 12-də binaya gəlib o kresloda oturacaq və vəzifəyə başlayacağam” deyib.

Bu hadisələrdən sonra diqqət İstanbul təşkilat binasına yönəlib. Belə ki, dünən axşam saatlarında bina çevik polis dəstələri tərəfindən mühasirəyə alınıb, CHP millət vəkilləri də daxil olmaqla heç kimin binaya girməsinə icazə verilməyib. Bundan əlavə, İstanbul Valiliyi Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında 3 gün müddətinə toplantı, mitinq, mətbuat açıqlaması, yürüş, anım mərasimləri kimi tədbirləri qadağan edib.

Fotoda Gürsel Tekin

Daxili işlər naziri Ali Yerlikaya isə sosial mediada paylaşdığı açıqlamada Özgür Özelin CHP üzvlərini İstanbul təşkilatı binasına çağırışını tənqid edib: “Məhkəmə qərarlarını saymamaq, xalqı küçəyə çıxarmağa çalışmaq açıq şəkildə qanuna meydan oxumaqdır. Heç kim qanunların fövqündə deyil. Dövlət qanunsuz hər cəhdə qarşı qətiyyətlə lazımi addımları atacaq. Küçə çağırışları ilə ictimai asayişin, millətimizin hüzurunun pozulmasına, küçələrin təxribatına əsla icazə verməyəcəyik”.

Fotoda Ali Yerlikaya

Qeyd edək ki, İstanbul 45-ci Asliye Hüquq Məhkəməsinin aldığı qərarla CHP-nin 38-ci İstanbul Təşkilat Qurultayı ləğv edilib. Qərarla birlikdə CHP İstanbul Təşkilatının sədri Özgür Çelik, Təşkilatın İdarə Heyətinin əsas və ehtiyat üzvləri, eləcə də 196 nəfərdən ibarət Yuxarı Qurultay nümayəndələri vəzifələrindən müvəqqəti olaraq uzaqlaşdırılıblar. Məhkəmə bundan əvvəl də keçmiş millət vəkili Gürsel Tekin, eləcə də Zeki Şen, Hasan Babacan, Müjdat Gürbüz və Erkan Narsapdan ibarət müvəqqəti idarə heyətini təyin etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri