Məhkumlar arasında mini futbol turniri təşkil olunub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 7 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında mini futbol turniri keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov turnirin əsas məqsədinin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların sağlam həyat tərzinə təşviqi və sosial adaptasiya prosesinin dəstəklənməsi olduğunu deyib.
Naxçıvan Futbol Federasiyasının baş katibi Rafiq Abbasov tədbir iştirakçılarına qaydalar barədə məlumat verib, komandalara uğurlar arzulayıb.
Turnirdə bir neçə komanda iştirak edib, oyunlar dostluq şəraitində və qaydalara uyğun şəkildə təşkil olunub.
Yarışın sonunda qalib komandaya kubok və medallar təqdim olunub.
Məhkumlar bu cür tədbirlərin motivasiya yaratdığını və cəmiyyətə reinteqrasiya prosesinə müsbət təsir göstərdiyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 07 May 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















