Mehriban Əliyeva öz fəaliyyəti ilə göstərir ki, qadın zərifliyi və gücü bir arada ola bilər
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycan qadınının cəmiyyətimizdə oynadığı mühüm rolu, onların ailədə, iş həyatında, elmdə, mədəniyyətdə və ictimai fəaliyyət sahəsində göstərdiyi əvəzsiz töhfələri qeyd edirik.
Xüsusilə, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın misilsiz fəaliyyəti, insanlara, xüsusilə də qadınlara və uşaqlara göstərdiyi qayğı, onun ölkəmizin inkişafına verdiyi töhfələr hər birimiz üçün örnəkdir. Mehriban xanımın rəhbərlik etdiyi humanitar layihələr, sosial rifahın gücləndirilməsi istiqamətində atılan addımlar, mədəni irsimizin qorunması və təhsilin inkişafına verdiyi dəstək, Azərbaycan qadınının cəmiyyətdə daha da güclənməsinə böyük töhfə verir.
Mehriban Əliyeva öz fəaliyyəti ilə göstərir ki, qadın zərifliyi və gücü bir arada ola bilər. O, humanizmi, mərhəməti və ədaləti ilə cəmiyyətimizdə və beynəlxalq arenada böyük nüfuz qazanıb.
Bu əlamətdar gündə bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik! Arzu edirik ki, hər bir qadın sevgi, hörmət və dəyərlə əhatə olunsun, uğurlarınız daim bol olsun!
Jalə Əhmədova
Bu mövzuda digər xəbərlər:Mehriban Əliyeva və Leyla Əliyeva uşaqlarla bir arada FOTOLAR
15 Aprel 2025 20:15
Mehriban Əliyeva ailə üzvləri ilə bir arada
26 Avqust 2025 16:02
Mehriban Əliyeva qızı ilə Foto
02 Oktyabr 2025 20:21
Mehriban Əliyeva paylaşım edib
24 Dekabr 2024 00:05
Mehriban Əliyeva paylaşım etdi
26 İyun 2025 09:18
Baxış sayı:80
Bu xəbər 08 Mart 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















