Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edilib
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.
Missiya.Az xəbər verir ki, orden Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşündə təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Bu mövzuda digər xəbərlər:Patriarx Kirill I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Mehriban Əliyevaya təqdim etdi FOTOLAR
03 May 2025 22:36
Xaç Kavaleri ordeni Mehriban Əliyevaya təqdim edilib
26 Avqust 2026 00:08
Zelenski Melaniya Trampı I dərəcəli Knyaginya Olqa ordeni ilə təltif edib
04 Noyabr 2026 12:45
Dindarlar Mehriban Əliyevaya müraciət ünvanlayıblar
26 Avqust 2025 10:16
Mehriban Əliyevaya yüksək vəzifə verildi
16 Fevral 2026 18:03
Baxış sayı:178
Bu xəbər 03 May 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















