Patriarx Kirill I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Mehriban Əliyevaya təqdim etdi FOTOLAR
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşüblər.
"Unikal" xəbər verir ki, sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 03 May 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















