Icma.az
close
up
RU
Mehriban Vəliyeva: “COP29 sammiti yaşıl həyatı, sülhü, yüksək təhsili təbliğ edir”

Mehriban Vəliyeva: “COP29 sammiti yaşıl həyatı, sülhü, yüksək təhsili təbliğ edir”

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi bizə Azərbaycandakı iqtisadi inkişafı, sabitliyi dünyaya təqdim etmək fürsəti qazandırdı.  Ölkəmiz bu günə qədər bir çox beynəlxalq tədbirə ev sahibliyi edib və onların hər biri yüksək səviyyədə keçirilib. Noyabrın 11-də Bakıda keçirilən dünyanın ən mötəbər tədbirlərindən olan COP29 iqlim konfransında iştirak edən hər bir kəs təşkilatçılıq işlərindən məmnunluqlarını ifadə ediblər. Çıxış edən siyasi liderlər konfransın yüksək səviyyədə təşkil edildiyi üçün Azərbaycana öz təşəkkürünü bildiriblər”.


Bunu "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.


Millət vəkilinin sözlərinə görə, beynəlxalq tədbirin davam etdiyi müddətdə dünyanın diqqəti Bakıda olacaq:


“Dünyanın aparıcı media qurumlarının əsas xəbərlərindən biri COP29-la bağlıdır. Konfransda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin fikirləri böyük maraqla qarşılandı. Bütün dünya, o cümlədən, Azərbaycan üçün ciddi əhəmiyyət kəsm edən COP29 iqlim konfransında ölkə başçısı həm milli maraqlarımızın tələb etdiyi məsələləri dünya liderlərinin diqqətinə çatdırdı, həm də qlobal iqlim böhranının həlli istiqamətində konkret təkliflərlə çıxış etdi. 67 mindən çox qonaq COP29 sammitində iştirak etmək üçün qeydiyyatdan keçib. O cümlədən 100-dən çox dövlət başçısı ölkəmizə gəlməkədirlər. Azərbaycana qarşı boykot kampaniyası aparanlar məyus olmaqla yanaşı, qlobal iqlim problemlərinin həllində maraqlı olmadıqlarını ortaya qoyublar. İqlim problemlərinin həlli üçün Azərbaycanın mövqeyi çox aydındır və bizim təkliflərimiz iştirakçılar tərəfindən tam dəstəklənib. Ümumiyyətlə, COP29-a evsahibliyi ölkəmizin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamıdır. Bu məntiqə uyğun olaraq 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. "Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi əhəmiyyəti əməli fəaliyyətləri ilə sübut edir. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Bizim iqlim siyasətimiz beynəlxalq təşkilatlar tərəfindən tam dəstəklənir”.

Mehriban Vəliyeva qeyd edib ki, noyabrın 22-dək davam edəcək COP29-dan gözləntilər çox yüksəkdir: 

“Dünyanı təhdid edən təhlükələr, ekoloji fəlakətlər, qlobal problemlər,  xilas yolları barədə açıq çıxışlar, təkliflər dünya dövlətlərinin problemə nə dərəcədə önəm verdiyini göstərir. Bərpaolunan enerjiyə keçidi sürətləndirmək üçün konkret tədbirlər, öhdəliklər, inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsinin gücləndirilməsi, emissiyaların azaldılması üçün yürüdülən siyasət və digər vacib məsələlər hər bir dövlət üçün aktualdır. Heç bir dövlət iqlim problemlərinin zərərli təsirlərinə məruz qalmaqdan sığortalanmayıb. Bir sözlə, COP29 konfransının Bakıda keçirilməsi, Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynadığını sübut edir. Sessiya Azərbaycanın dayanıqlı iqtisadi inkişafını, təmiz enerji istehsalının artırılmasını və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərinin qlobal müstəvidə təqdimatına imkan verir.  Azərbaycan, iqlim dəyişikliyinə qarşı mübarizədə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrlə əməkdaşlığı gücləndirir.  Azərbaycan artıq Fəaliyyət Planını təqdim edib. Bu maliyyə, insan kapitalı və sülh kimi sahələri əhatə edən 14 təşəbbüsdən ibarətdir". 


Parlament üzvünün sözlərinə görə, COP29-da diqqət çəkən məqamlardan biri də qlobal iqlim böhranının aradan qaldırılmasında elm və təhsilin inkişafının vacibliyinin vurğulanmasıdır: 

"Sessiya çərçivəsində noyabrın 18-də Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzularda müzakirələr aparılacaq.“Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı”, “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzularında panellərin çox maraqlı olacağını əminliklə söyləmək olar. COP29 çərçivəsində həmçinin BMT-nin 2022-ci ildə başlatdığı və 90-dan çox ölkənin qoşulduğu "Greening Education Partnership" təşəbbüsünün ikinci dəfə illik iclasının keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, COP29-un gündəliyində təhsilə xüsusi yer ayrılıb. Müzakirə mövzularından biri olan PISA qiymətləndirmələrinə iqlim savadlılığı üzrə göstəricilərin daxil edilməsinə dair Azərbaycanın təşəbbüsü müxtəlif ölkələrin təhsil sistemlərində iqlim məlumatlılığının artırılmasına xidmət göstərəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Noyabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri