Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Laçında görülən işlər heyrətamizdir Mehriban Vəliyeva

Laçında görülən işlər heyrətamizdir Mehriban Vəliyeva

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Vətənimizin bu dilbər guşəsinin bir güllə atılmadan və qan tökülmədən qaytarılması Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik gücünün göstəricisi idi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust Laçın şəhəri günü kimi müəyyən olundu. Strateji əhəmiyyətə malik olan Laçının azad olunması ilə Azərbaycan qərb sərhədlərinə nəzarəti təmin etdi. Azərbaycan dövlətinin Laçın rayonunda nəzarət-buraxılış məntəqəsi qurmasından sonra Qarabağdakı erməni separatçılarının son nəfəsliyi də bağlanmış oldu”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, ermənilər Laçını həm 1992-ci il mayın 18-də işğal olunanda, həm də 2020-ci ildə boşaldanda yandırmışdılar: “Ermənistan Cenevrə konvensiyasının müddəalarını pozaraq işğaldan sonra Laçındakı coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını talan etdi, məqsədyönlü şəkildə qanunsuz məskunlaşma həyata keçirdi. AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyindən istifadə edən ermənilər Laçını müqavimətsiz ələ keçirmişdilər. Sonradan təsdiq olundu ki, Şuşa və Laçın xəyanətin qurbanı olublar. Laçının işğalı növbəti fəlakətlərin başlanğıcı oldu. Rayonun işğalı ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı. Ermənistan 1994-cü ildə əldə olunmuş atəşkəs razılaşmasından sonra aparılan danışıqlarda belə Laçını özlərinə dəhliz “seçərək” onu Azərbaycana qaytarmaqdan imtina edirdilər. Düşünürdülər ki, rəsmi Bakı onların bu cür “ərköyünlüklərinə” sonacan göz yumacaqdır. Amma onlar bir gerçəkliyi unutmuşdular. Müstəqil dövlət olan Azərbaycanın güclü ordusu, cəsarətli, uzaqgörən siyasi rəhbərliyi ərazilərimizin işğaldan azad olunması üçün var gücü ilə çalışır, əlverişli məqamı gözləyirdilər. 2020-ci il sentyabrında başlayan 44 günlük müharibə ilə Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdik”.

Millət vəkili qeyd etdi ki, hazırda işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçında da bərpa-quruculuq işləri yüksək səviyyədə davam etdirilir: “Bu gün Laçınımız əsl laçın çağlarını yaşayır. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Prezident İlham Əliyev 26 avqust - Laçın şəhəri günüdə çıxışı zamanı bildirdi ki, torpaqlarımız işğalçılardan azad edəndən sonra Qarabağı və Şərqi Zəngəzurun cənnətə çeviriləcəyik.. Elə də oldu. Cənnətin təsvirini yaratmaq mümkün olsaydı, yəqin ki, bu, Laçına bənzəyərdi. Gözəl təbiət, əzəmətli dağlar, bir-birindən yaraşıqlı binalar, evlər Laçın şəhərinin müasir simasını yaradır. Zümrüd meşələri, qarlı dağları, yaşıl çəmənləri, qaynayan bulaqları ilə gözoxşayan Laçın bu gün təkcə Azərbaycanın deyil, dünyanın ən gözəl məkanlarındandır..

2024-cü ildə Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də əhəmiyyətli hadisədir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu qərarla MDB üzvü olan ölkələrin dövlət başçıları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, mədəniyyətimizə yüksək dəyər verdiklərini nümayiş etdirdilər”.

Mehriban Vəliyeva qeyd edib ki, Prezident cənab İlham Əliyevin Laçın rayonuna səfərləri zamanı Beynəlxalq Hava Limanının, “Laçın” qovşaq yarımstansiyasının, Güləbird, Şəlvə kəndlərinin, Qorçu qəsəbəsinin, Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, mehmanxana kompleksinin təməlini qoyub.

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi də təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Bu il 28 May - Müstəqillik günündə işğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq hava limanı olan Laçın Beynəlxalq Hava Limanının açılışı böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb etdi. Üç qardaş ölkənin liderlərinin - Azərbaycan Prezidenti cənab İlham Əliyev, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə baş tutan açılış mərasimi bir neçə aspektdən diqqət çəkdi. Azərbaycan, Türkiyə və Pakistan arasında getdikcə möhkəmlənən strateji, hərbi, diplomatik və iqtisadi müttəfiqlik Laçında bir daha öz təsdiqini tapdı. Laçındakı açılış mərasimi Türkiyə-Azərbaycan-Pakistan ittifaqının çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı qüvvə və ya “Orta güc” olduğunu təsdiq etdi”.

Millət vəkili onu da əlavə etdi ki, bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib: “Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. 2023-cü ildə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.

Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Bu gün Laçında görülən işlər heyrətamizdir. Laçın çox yaxın gələcəkdə təkcə Azərbaycanın deyil, bölgəmizin ən füsunkar, ən gözəl məkanlarından birincisi olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:403
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri