Mehriban Xanlarova: Rəşad zarafatlarından geri qalmayan, şən insan idi
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Onun ölməyi hamımızı sarsıtdı. Zarafatlarından geri qalmayan şən insan idi".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib. O gənc həmkarı Rəşad Bəxtiyarovun vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib:
"Bu gün biz ən dəyərli dostu itirdik. O 47 yaşında bu dünyadan köçdü. Ən yaxın dostu və ən yaxşı aktyoru itirmək bizim üçün çox ağırdır.
Biz hazırda Gürcüstanda qastroldayıq. Bura gülə-gülə gəlmişdik. İndi ağlayaraq hüzn içində dönəcəyik. Azərbaycanda olsaydıq dəfnində iştirak edə bilərdik. Bu da bizim üçün ikiqat ağırdır".
Xatırladaq ki, Əməkdar artist Rəşad Bəxtiyarov bir neçə saat əvvəl evində vəfat edib.
Akademik Milli Dram Teatrının aktyoru "Həqiqət işığında" və "Bəyaz həyat" kimi filmlərdə rol alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















